Gül Verəndə Gül Qoxusu, Sevən İnsanda Sevgi Qalır

0
18102
Gül Verəndə Gül Qoxusu, Sevən İnsanda Sevgi Qalır

Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmağın çox çətin olduğunu anlayır. İkisinindi şəxsiyyəti tamamilə fərqlidir buda onların tez-tez mübahisə edib müzakirələrinə gətirib çıxarar. Bu Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin olduqca kəskin reaksiyasına səbəb olurdu.

Bir neçə ay sonra bitməz tükənməz gəlin qaynana söz söhbətlərindən sonra ev onun və qaynanası ilə arasında qalan yoldaşı üçün də cəhənnəm halına gəlmişdir. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qadın  atasının köhnə bir dostu olan ədviyyatçıya gedər və dərdini ona izah edər. Yaşlı adam ona bitkilərdən hazırladığı bir dərman verər və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün etdiyi yeməklərin içinə qatmasını söyləyər. Zəhər damla-damla veriləcək, beləcə onu gəlininin öldürdüyü müəyyən olunmayacaq.
 
Yaşlı adam gənc qadına heç kimin və yoldaşının şübhələnməməsi üçün qaynanası ilə çox yaxşı davranmasını,ona ən gözəl yeməkləri hazırlamasını söyləyər. Sevinc içində evə dönən Li-Li yaşlı adamın dediklərini eynilə tətbiq etməyə başlar.Hər gün ən gözəl yeməkləri hazır edər qayınanasının qabına az-az zəhər ilə qarışdırıb qoyar. Heç kim şübhələnməsin deyə onunla çox yaxşı davranırdı. Bir müddət sonra qaynanasi çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Evdə artıq sülh küləkləri əsirdi.
 
Gənc qadın özünü ağır bir yük altında hiss etdiyindən peşman bir vəziyyətdə ədviyyatçının dükanına yolandı və yaşlı adama bu ana qədər qaynanasına  verdiyi zəhərləri onun qanından təmizləyəcək bir eliksir üçün yalvardı. Qaynanasının ölməsini artıq istəmirdi.
 
Yaşlı adam nəmli gözlərlə qarşısında danışıb dayanan Li-Liyə baxdı və qəhqəhələrlə gülməyə başladı. Sevgili Li-Li, dedi; Sənə verdiklərim yalnız vitaminlərdi. Qaynananı yalnız daha da gücləndirdi . Gerçək zəhər isə sənin beynində olandı. Sən ona yaxşı davrandıqca oda dağıldı və yerini sevgiyə buraxdı beləcə siz gerçək bir ana qız oldunuz .
 
Qədim bir Çin atalar sözü belə deyər; Gül verənin əlidə gül qoxusu qalar. Sevilən insan  sevgisini  insanlara verən insandır.
 
 
 
Tərcümə etdi: Bəsti Mehraliyeva
 

ŞƏRH YAZIN