Göz Oxuma

0
6242
Göz Oxuma

Sizdən nə isə gizlənilirmi?- Birisi dürüst deyilsə və ya bir şeylər gizləyirsə, baxışları bizim baxışlarımızla ümumi zamanın üçdə birindən daha az nisbətdə qarşılaşacaqdır.

Heyranmı, təcavüzkarmı?- Baxışlarınız qarşınızdakının baxışları ilə ümumi vaxtın üçdə ikisindən daha uzun müddətdə qarşılaşırsa, bunun mənası belədir; birincisi sizi çox maraqlı və ya cazibədar hesab edir, ikincisi isə sizə qarşı təcavüzkar bir davranışı vardır.
Səssizcə meydan oxuyanlar-Buna əlavə olaraq göz bəbəkləri də büzüşürsə, sözlü olmayan bir meydan  oxuma baş verir deməkdir.
Baxışlarla daha yaxşı əlaqə yaratmaq üçün- Başqa birisi ilə yaxşı bir ünsiyyət qurmaq üçün ümumi zamanın yüzdə 60-70-də onunla göz-gözə gəlməyiniz lazımdır.
Göz hərəkətlərinin dili
Gözlər... Gözlər yalan söyləməz... Gözlər yalan  söyləyə bilməz! Bədənin əsas diqqət mərkəzi olduğuna görə və göz bəbəkləri də müstəqil hərəkət etdiyindən gözlərin bütün insan ünsiyyət işarələri arasında ən açıq və doğru məlumatları verir. Tarix boyunca göz və onun  insan davranışı üzərindəki təsirləri ilə bağlı çoxlu araşdırmalar, müşahidələr aparılmışdır. Hər birimiz “gözlərilə onu parçaladı”, “gözlərini həmişə qaçırır”, “çox dəvətkar gözləri var”, “gözlərində elə bir parıltı varki” və ya “mənə ən pis baxışı ilə baxdı” kimi ifadə və cümlələrdən istifadə etmişik. Bunun kimi ifadələrdən istifadə etdiyimizdə fərqində olmadan insanın göz bəbəklərinin böyüklüyündən və baxışlarla əlaqədar davranışlardan bəhs edirik. 
Göz bəbəkləri
İnsanın ruhi vəziyyəti və davranışı müsbətdən mənfiyə və ya mənfidən müsbətə keçərkən göz bəbəkləri kiçilir və ya böyüyür. Həyacanlanan birinin göz bəbəkləri 4 qat böyüyə bilər. Tam əksinə, əsəbi, neqativ bir ruh halı göz bəbəklərinin “kiçik muncuq gözlər” və ya “ilan gözlər” olaraq adlandırılan şəkildə kiçilməsinə yol açar.
Uşaqlar və göz bəbəkləri
Körpələr və göz bəbəkləri böyüklərinkindən daha böyükdür və böyüklərin yanındaykən onlara ola bildiyi qədər maraqlı görünərək  diqqətlərini çəkmə səyi ilə göz bəbəkləri davamlı olaraq böyüyür.
Ticarət və göz bəbəkləri
Göz bəbəyinin izlənməsi qiymət bazarlığı zamanı alıcıların göz bəbəyinin böyüməsini izləyən keçmiş Çinli qızıl tacirləri tərəfindən istifadə edilərdi. Köhnə bir söz “biriylə danışarkən gözlərinin içinə bax, bazarlıq edərkən göz bəbəklərinə baxma” deyir. “Göz bəbəkıərinə baxmaq” çalışması edərək qarşınızdakıların həqiqi duyğularını göz bəbəklərindən başa düşməyə çalışın. 
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN