Qadınların kişilərə qarşı niyyət və düşüncələrini gülümsəmələrindən başa düşməyin mümkün olduğu müəyyənləşdirilmişdir.
Mütəxəssislər qadınların tanımadığı bir kişi ilə qarşılaşdıqları zaman fərqli gülümsəmə formalarına sahib olduqlarını söylərirlər. Fərdin gülümsəmə şəkli isə adi bir salamlama formasından ibarət deyil. Bunun altında fərqli mənalar gizlənmişdir.
Duchenne gülüşü: 19-cu əsrdə yeni bir əzələ hərəkətini müəyyən etməyi bacaran psixoloq Duchenne de Boulogne`nin adının verildiyi gülüş formasıdır. Həm dişlərin, həm də diş ətlərinin göstəriləcəyi şəkildə ifadə olunan bu gülümsəmənin mənası: “Yaxın gəlməsən yaxşı olar” olaraq göstərilir.
Nazlı gülümsəmə: Qısa və ümumiyyətlə dodaqların tək bir tərəfi ilə ifadə olunan gülümsəmədir. Adətən, qadının başını digər tərəfə çevirərkən göz ucu ilə qarşı cinsə baxaraq sərgilədiyi bu gülümsəmə azadlıq və “tanış ola bilərik” mənasını daşıyır.
Sosial gülümsəmələr: Bu tərz gülümsəmələr, adətən, qaşların qaldırılması və gözlərin məsum bir şəkildə çevrilməsi ilə ifadə olunur. Qadınlar gülümsədikdən sonra gözlərini aşağı endirir və başını da aşağı doğru əyir. Ümumiyyətlə, istiqanlılıq və sosiallaşma istəyinin təmsilcisi olan bu gülümsəməni gördüyünüz zaman tanış olmaq üçün dəvət almısınız deməkdir.
Tərcümə edən: Cəlalə Yəhyalı