Dil İlə Söylənilən Yalanı Bədən Dili Ələ Verir

0
2795
Dil İlə Söylənilən Yalanı Bədən Dili Ələ Verir

Qarşınızdakı insan sizə yalan danışır? Bunu onun sözlərindən deyil, amma bədən hərəkətlərindən, yəni bədən dilindən öyrənə bilərsiniz. Bunun üçün bədən dilinin verdiyi mesajları oxumalısınız.

İnsanın sözlərinin reallığı əks etdirməməsini bədən dili açıqlayar.Yaxşı bir müşahidəçi olmaq bu fərqi hiss etməyinizə və reallığa sürətlə çatmağınızı təmin  edər.
 
Əl - əlin vəziyyəti: Müdafiə lazım bilməyən, səmimi vəziyyətlərdə əllər görünər və ovuc içləri yuxarıya doğru qçevrilər, açıq olar. Reallıqdan kənar cümlələrdə isə əllər gizlədilir.
 
Barmaq:  Əlin və biləyin vəziyyəti insan davranışının dəqiq göstəricisidir:
Birbaşa və hədəf göstərən işarətləmə, hücum-təhdidi;
Ovuc  içlərinin göstərilməsi- səmimiyyəti, təslimiyyəti;
Özünə tərəf yuxarı doğru açıq barmaqlar ilə ovuclar yalvarmağı- çarəsizliyi;
Eyni halın tək barmaq və tək əl ilə müşahidə olunanı, məsumiyyət-xahişi;
Sinədə qovuşdurulan qollar, əllərin görülmə faizinə görə- müdafiəni;
Əl görüşərkən uzadılan əli tutmamaq özünəgüvənsizliyi, gözü gözdən qaçırmaq isə bu özünəinamın dərəcəsini göstərir.
Ağızla gözün əlaqəsi: Teatr masqasındakı qanunlar eynilə burda da müşahidə olunur. Problem üz əzələlərinin ixtiyari bir şəkildə  hərəkətə gətirilərək duyğuların yanıltmasındadır. 
Yolda yeriyərkən: Birlikdə yeriyən zman eyni sürətdə olmamaq haqqında danışılan mövzudan narahat olunmasının göstəricisi ola bilər.
Burun qaşıma: Burunun qaşınması “bəyaz yalan”ların göstəricisidir. Nələrisə gizli saxlayanlar böyük ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına daha çox toxunurlar. Üzlərini əlləri ilə örtənlər, adətən, davranışlarına güvənməyən və ya öz söylədiklərindən əmin olmayanlardır.
 
Udqunma: İnsanın əvvəlcə öz dediyinə inanmaması və ya həddindən artıq duyğulanması, udqunma refleksini artırar. Bu hal çoxaldığı vəziyyətdə danışmanı da çətinləşdirir. “Dilim damağım qurudu” cümləsi də burdan qaynaqlanır. Bu davranışın daha sadə göstəricisi isə dodaq yalamaqdır.
 
Göz hərəkətləri: Söhbət əsnasında göz təmasından qaçmaq. Yenə ciddi bir özünəinam probleminin göstəricisidir. Baxışların aşağı doğru  qaçırılması utanmaq mənasını verir. 

Danışan insanın gözlərindən (üzündən) başlayan və  hər zaman başqa bir istiqamətdə bitən baxışlar, mövzu və diqqəti yayındırmağa yönəlmiş ola bilər. 
Sürətli danışıq: Sürətli danışmaq lazımınca başa düşülməsinin qayğısına qalmamaq, kəlimə və son hərfləri udmaq, yenə də insanın öz söylədiyinə özünün inanmaması və ya ən azından olduğundan fərqli görünmə  səyi olaraq başa düşülə bilər.
 
Gülmək: Bir çox insan yalan söylədiyi zaman ilk əvvək rahatlayar. Bunun təsiri səsinə də təsir edər.Yüksək səslə danışar və daha şən olar. Lakin sonrası yuxarıdakı kimidir. Gülmə vəziyyətindəki qorxunu, güvənin keçiciliyini təkcə söylənənlərin birlikdə dəyərləndirilməsi, gülmə zamanı və  sonrasındakı baxışlar ilə sınamaq mümkündür.
 
Psixo-somatik: Deyilənin-yaşananın mənfi düşürdükləri ( insanın o anki psixikası0 bədəndə qanın mədə bölgəsində toplanmasına səbəb olur. Üz ağarır, mədə üstündə ciddi bir sıxılma əmələ gəlir, hətta bir fizioloji səbəb olmasa da qusmağa qədər gələn davranışlar müşahidə olunur.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN