Həyacanın İfadə Formaları

0
3862
Həyacanın İfadə Formaları

İnsanlar hiss və həyacanlarını üzləri qədər səsləri ilə də ifadə edərlər. Lakin müxtəlif hiss və həyacanların səsli (vokal) işarələrini özündə əks etdirən kataloq hələ mövcud deyil. Həyacanın ən çox yayılmış ifadə formaları...

Hər zaman olmasa da, adətən, qışqırmaq qorxu və ya heyrəti, inləmə acı və ya kədəri, iç çəkmə üzüntünü, gülmək isə xoşbəxtliyi və ya kefli olmağa işrədir. Bütün bunlara rəğmən, müxtəlif hiss və həyacanların, sadəcə çıxarılan səslərə, yəni səsli ifadəyə (vokal expression) baxaraq ayırd edilə bilməsi olduqca çətindir.
 
1.Həyacanların sözsüz ifadəsi
Psixoloqlar normal şərtlər altında gündəlik insanlararası münasibətlərdə, mesajın yüzdə səksən beşinin sözsüz ünsiyyət vasitəsilə ötürüldüyünü söyləyirlər. Yerdə qalan yüzdə on beşlik hissə isə sözlərlə ifadə olunur.
A-üz ifadəsi 
Türk psixoloqlarından Mümta Turhan, üz ifadəsinin içində yer aldığı sosial mühitə üstünlük vermiş və sosial məkan içərisində üz ifadəsinin məna qazandığını irəli sürmüşdür. Bu hal həyacanların ifadə tərzlərinin bir-birinə bənzəməsindən qaynaqlanmaqdadır. Əsəbilik, qorxu, hüzn, heyrət, iyrənmə və xoşbəxtlik kimi təməl həyacanları göstərən  üz ifadələrinin mədəniyyətdən mədəniyyətə dəyişmədiyi qənaati psixoloqlar arasında olduqca geniş yayılmışdır. Lakin hər bir mədəniyyət, öz tarixi müddətində özünəməxsus bəzi ifadə tərzlərini yaratmış və inkişaf etdirmişdir. Mədəniyyətə xas bu ifadə tərzlərini başqa mədəniyyətdən gələn biri asanlıqla başa düşə bilməz. Məsələn: Yaponlar özlərinə yaxın kiminsə ölməsindən qaynaqlanan hüznlərini gülümsəyərək ifadə edərlər. Yaponların bu adətini bilməsək onların həqiqi duyğularını başa düşməyimiz çətin olar. Bir sözlə, üz ifadələrini ümumi mənada ələ alsaq, mədəniyyətdən mədəniyyətə qismən dəyişkən; təməl həyacanların ifadə olunmalarında mədəniyyətdən mədəniyyətə dəyişməyən tərəfin daha ağır olmasıdır.
B-göz kontaktı
Göz kontaktının müddəti sosial münasibətlərdə  önəmli bir mesaj daşıyır. Bu mesaj mədəniyyətdən mədəniyyətə və hər bir mədəniyyət içərisindəki bir sosial mühitə görə dəyişir. Bu dəyişiklik yenə də ümumi mənadadır. Həyacanların ifadəsində göz əsəbilik və sevinc hallarında böyüyür, sakit vəziyyətlərdə isə balacalaşır. Bu reaksiya mədəniyyətdən mədəniyyətə və ya mühitdən mühitə elə də dəyişməməkdədir.
C-hərəkət, bədənin vəziyyəti və əl-qol davranışları
Bədənimizin ortaya qoyduğu pozisiya, hərəkətlərimiz, əl- qol hərəkətləri hisslərimizin ifadə olunmasında çox önəmlidir. Mədəniyyətdən mədəniyyətə, hətta mühitdən mühitə dəyişməkdədir. Professor Doğan Cüceloğlu əsərində, Türkiyədə müəllimlərə göstərilən hörmətin (ayağa qalxmaq, kostyumu düymələmək və s.) Amerikalı bir professora göstərildiyində, Amerikalı professorun təəccübünü yazmışdır. Lakin həyacanların ifadəsində, məsələn,  əsəbi insanların davranışları bütün insanlarda bir təhsil səviyyəsi, həyacanlarını idarə etmək bacarığı kimi vəziyyətlər diqqətə alındığı zaman fərqlilik göstərə bilər. Başqa sözlə, ifadə tərzi ya dəyişdirilmiş ya da gizlənmiş ola bilər. 
 
2.Həyacanın sözlü ifadəsi
A-səs tonu
Sözlü ünsiyyətin ən təsirli forması səs tonudur. Xitabda, şeirdə və musiqidə səs tonu ana meyardır. Səs tonu, sözlü ifadəyə məna və məzmunun qüvvətlənməsini təmin etməkdə, təsirliliyini göstərməkdə, danışan insanın sanki ruh halını göstərməkdədir. Mimika, jest, hərəkət və davranışları ilə, gözəl bir səs tonu ilə vurğularını vaxtında edən bir natiqin insanlara təsirini bir düşünün. Şəxs həyacanlandığı zaman həyacanını nəzarət altına alsa da, həyacana istiqamət versə də əgər danışırsa, həyacanının formasının hiss edilməməsi mümkün deyil. 
 
3.İkitərəfli mesaj
Sözlü və sözlü olmayan mesajlar eyni ünsiyyətin içində istifadə edilərək iki mənalı mesajlar (Double Edged message) əmələ gətirir. Məsələn; səs tonunu elə nizamlaya bilərik ki, sözlü olaraq ifadə etdiyimizin tam əksini qarşıya çatdırmış olarıq. “Mənim oğlum səliqəli biridir” deyən bir ana, bu cümləni fərqli səs tonunda söyləyərək, oğlunun son dərəcə dağınıq biri olduğunu ifadə edə bilər. Bu cüü ünsiyyətə böyüklərimiz istehza və ya satira adını vermişlər. Ünsiyyət zamanı həm sözlü, həm də sözlü olmayan mesajlar verildiyi zaman sözsüz mesajın hər zaman daha təsirli olduğu müəyyən olunmuşdur. 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN