Necə Olur Ki, Biz Utandığımız Zaman Üzümüz Qızarıb, Bizi Ələ Verir...

0
2744
Necə Olur Ki, Biz Utandığımız Zaman Üzümüz Qızarıb, Bizi Ələ Verir...

Hər birimizin başına gəlmişdir: deyilməməli olan bir şeylə qarşılaşdığımızda, bir yanlış etdiyimizdə və ya birindən xoşumuz gəldiyi zaman bədənimiz bizi ələ verərək o an öz reaksiyasını göstərir və üzümüz qızarır. Çox vaxt vəziyyəti düzəltmək üçün üzümüzü gizlətməyə çalışırıq və ya həmin məkandan uzaqlaşmağa çalışarıq. Bəs necə olur üzümüz qızarır? Bundan qurtulmaq mümkündürmü? Əslində üzün qızarması sadəcə utanmaqla əlaqədar deyildir. Təəccübləndiyimiz, əsəbləşdiyimiz, həyacanlandığımız zaman və ya özümüzü stress vəziyyətində hiss etdiyimiz vaxtlarda üzümüz qızara bilər. Hətta bəzi insanların keçmişdə onlarda utanma duyğusu yaradan bir hadisəni xatırladıqlarında belə üzlərinin qızardıqları müşahidə oluna bilər. 

Üzün qızarması, müəyyən şüurlu proseslərin üst-üstə gələrək utanma prosesi yaratmasıdır. Zehnimiz qarışdığı zaman simpatik sinir sistemi meydana girər və kapilyar damarlarımız bir sıra maddələrin təsiri ilə genişlənməyə başlayar. Bunun nəticəsində də qan dövranı sürətlənir və üzümüzlə boyunumuzun ətrafına daha çox toplanır. Bütün bu reaksiyaları göstərməyimizə səbəb olan isə hipotalamusdur. Utanma anı zamanı bədəndə bir istilik artımı  olduğu üçün qan ən tez soyuya biləcəyi nöqtələrə toplanır. Bu nöqtələr də təbii ki, əllər, ayaqlar,üzümüzdür. 

Nəticə olaraq onu deyə bilərik ki, vücud tarazlığımızda dəyişiklik yaradan bir hadisə yaşadığımız zaman üz qızarmasından qurtulmağımıza təəssüf ki, imkan yoxdur. Bir sözlə bu cür vəziyyətlərdə  ən köhnə və təsirli həll yolundan istifadə etməyə davam edə bilərik: Üzünüzü gizlədin və bir an öncə məkandan uzaqlaşın.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN