Bob Parsons Uğurunun Sirri Nədədir?

0
2684
Bob Parsons Uğurunun Sirri Nədədir?

Harvard Universitetində aparılan bir araşdırma elm adamlarını təəccübləndirən əhəmiyyətli nəticələr ortaya çıxarmışdır. Əməliyyat edilmək üzərə olan eyni xəstəlikli iki qrup xəstə üzərində çalışma maraqlı nəticə ilə yadda qalmışdır. 

Həkimlər əməliyyat  öncəsi və sonrasında ilk qrup xəstənin otağına girərək onlara salam vermiş, vəziyyətlərinin necə olduğunu soruşarkən, digər qrup xəstələrdə tətbiq etdikləri tək fərqli şey eyni işi əllərini xəstələrin çiyinlərinə qoyaraq etmək olur.
Araşdırmanın sonunda, həkimlərin çiyinlərinə toxunaraq hal və vəziyyətlərini soruşduqları ikinci qrup xəstənin digərlərindən daha tez sağaldıqlarını və üç gün əvvəl xəstəxanadan çıxdıqlarını göstərir. Ölkədə oxşar təcrübəni yaşayan çoxlu sayda həkimin olduğu öyrənildikdə “Toxunma Araşdırma mərkəzləri”  qurulmağa başlayır.
 
Toxunmanın və dəri təmasının insanlar üzərində yaratdığı pozitiv enerjiyə başqa bir misal da budur; Amerikada bir ailə evlilikdən kənar övlad sahibi olan qızlarını öldürmək istəsələr də, qorxularından cəsarət etməzlər. Qızlarını Christmas adlı uşağı ilə birlikdə evlərinin altındakı qaranlıq zirzəmiyə kilitləyərlər. Etdikləri tək şey arada bir qapının arasından quru çörək atmaq olur. Aradan beş il keçir. Zirzəmidən bir səs gəldiyini eşidən bir kişi polisə məlumat verər.Həqiqət ortaya çıxanda sadəcə tibb dünyası deyil, bütün Amerika cəmiyyəti ayağa qalxar. Ananı dinləyən həkimlər, ana və qızını yaşadan tək şeyin   davamlı bir-birilərinə sarılmaları, sevib-oxşamaları olduğu nəticəsi ortaya çıxır. 
 
Həkimlər, süd verilərkən kürəyi oxşanılan uşaqların normaldan daha tez inkişaf etdiklərini və gözləniləndən daha qısa müddət ərzində xəstəxanadan çıxdıqlarını təsbit edincə, sırf bu tətbiq olunma sayəsində 4 milyard 700 milyon dollar  ölkəyə xeyir gəldiyi müşahidə olunmuşdur. Ölkədə sürətlə Toxunma Araşdırma mərkəzləri qurulmağa başlanılmış. 
Milyonlarla sivil insanın ölməsinə səbəb olan ikinci Dünya müharibəsi çoxlu sayda  uşaqları da sahibsiz və yetim buraxmışdır. Alman uşaqlarının buraxıldığı bağçada uşaqlara sağlam bəslənmə imkanları təqdim olunduğu halda, yoxlamalar bağçadakı uşaq ölümlərinin önünə keçə bilmədilər. Sadəcə bir uşaq sağ qalır. Bu uşağın digərləri ilə eyni sonluğu yaşamaması və həyata bağlanma gücü diqqətləri çəkir. Araşdırma nəticəsində bağçada gecə növbəsində qalan bir qadının bu uşağı tez-tez qucağına aldığı, onunla oynadığı və sevdiyi təsbit olunmuşdur. 
 
Mədəniyyət tariximiz əslində bu mövzuda örnəklə doludur. Peyğəmbərimiz yetimlərin başlarının oxşanmasını tövsiyyə edər. Bayramlarda yetim uşaqların sevindirilməsinə daha artıq önəm verilməsi tövsiyyə edilir.
Toxunmaq bir ehtiyacdır. Sevdiklərimizə toxunmaq, hər iki tərəfi də fiziki və ruhi olaraq pozitivə kökləyər.Həkimlər toxunmanın insanlarda stress, depressiya və həyacanı azaltdığını aşkarlamışdırlar.
Mütəxəssislər, xüsusilə, həyat yoldaşlarının və ailə fərdlərinin bir-birinə toxunmasının terapik bir təsiri olduğunu da ifadə edirlər.
 
Həyata toxunun.. 
 
Toxunmanın yaxşılaşdırıcı gücünü hiss etməyə çalışın..
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN