Üz Şəklinizə Görə Xasiyyətinizi Öyrənin

0
4143
Üz Şəklinizə Görə Xasiyyətinizi Öyrənin

Alın, burun, çənə, qaş, göz və dodaqlar xarakteriniz haqqında məlumat verir.

Üz tərziniz xarakterinizi ortaya qoyur!
 
Üz şəkiliniz əslində xarakteriniz haqqında bir çox ipucu verir.
 
Doqquz fərqli üz şəkli və bu üz şəkillərinə malik insanların xarakterik xüsusiyyətlərinin yer aldığı üz şəklinə görə xarakter analizinə baxıb xarakter təhlili edə bilərsiniz.
 
1- Uzun sifət şəklinə görə xarakter analizi
 
Uzun üzə sahib olan qadınlar ümumən bədən olaraq da  uzun cizgiləri, atletik görünüşləri ilə diqqət çəkərlər. Çox işgüzar kimi ön plana çıxırlar.Özündən razılıq,lider olma istəyi vardır bu insanlarda  və ailələri ilə ,həyatlarındakı insanlarla problemli münasibətlər yaşayırlar. Nizamsız bir ruh halı tez-tez görülən hallardandır. Bu nizamsızlıqları potensiallarını göstərə bilməmələrinə səbəb olur.
 
2- Oval üz formasına görə xarakter analizi
 
Ümumiyyətlə balanslı bir ruh halına sahib olan oval üzlü qadınlar, cazibələriylə ətraflarında tez diqqət çəkirlər.Demək olar ki olduqları mühitin ən diqqətçəkən adamı olurlar.Kənardan çox maraq görmələri onları tez zəif düşən obrazlara çevirir. Vərdiş olduqları münasibəti görmədikdə  təhlükəli olurlar və özlərinə zərər verə bilirlər.
 
3- Girdə üz şəklinə görə xarakter analizi
 
Həssas və digər tənqidləri  çox yüksək olan yumru sifət qadınlar arzulu və istəkli olaraq tanınırlar.Uzun və stabil bir münasibət üçün girdə üz xətlərinə malik qadınlar kəsilmiş uzun don  kimidilər. Duyğuları incinirsə zərər görməmək üçün özlərinə sərt bir qabıq hörürlər.
 
4- Dördbucaqlı üz formasına görə xarakter analizi
 
Hökmran və sərt olan dördkünc sifətli qadınlar ümumiyyətlə siyasətə üz tuturlar, ya da iş həyatında istəkli obrazları ilə diqqət çəkirlər.Hissləri ilə hərəkət edirlərsə melanxoliyaya çatan davranışlar nümayiş etdirə bilirlər ancaq məntiqləri daha üstün olarsa sərt təbiətli bir rəhbərə çevrilirlər.
 
5- Kvadrat üz formasına görə xarakter analizi
 
Ağılları ilə digər qadınlardan çox fərqlənirlər.Analitik düşüncə quruluşları onlara istədiklərini qazanmaq yolunda üstünlük qazandırır.Əgər üstün ağıllarıyla istədiklərini əldə etməsələr dalaşqan olurlar.
 
6- Üçbucaq üz formasına görə xarakter analizi
 
Ümumilikdə intellektual xarakterləriylə önə çıxırlar. Yaradıcılıq məsələsində fərqlərini hiss etdirirlər və ümumiyyətlə boşluğu doldurulmayacaq tərzdə izlər buraxırlar.
 
7- Almaz üz şəklinə görə xarakter analizi
 
Almaz üzə sahib qadınlar tam bir sabitlik abidəsidir. Həyatları boyunca templi bir iş rejimini tərəddüd etmədən davam etdirə bilərlər.Duyğusal boşluqları, ya da özlərini məcbur etmə ambisiyaları yoxdur. Dözümlü və iradəli olmalarıyla tanınırlar.
 
8- Tərs üçbucaq üz formasına görə xarakter analizi
 
Xarakter olaraq kişilər üçün potensial təhdid olaraq görülürlər. İstədiklərini əldə etmək üçün kişiləri istifadə etmə məsələsində fitri qabiliyyətə malikdirlər və ümumilikdə həmcinsləri tərəfindən sevilməzlər.Böhran idarəçiliyində  çox uğurlu olduqları kimi təhlükəli vəzifələrin altından qalxma potensialları vardır. Sanki agentlik, cəsusluq üçün yaradılıblar.
 
9- Qəlb üz formasına görə xarakter analizi
 
Alınlarındakı saçların quruluşu səbəbiylə üzləri bir qəlbi xatırladan qadınlar ümumiyyətlə dürüstlükləriylə ön plana çıxırlar. Saf və duru gözəlliyin təmsili olan bu qadınlar, içlərində də bir o qədər təmiz bir xarakter saxlayırlar. Zaman zaman saflıqları onları çətin vəziyyətə də sala bilər ancaq hər kəsin kürəyini asanlıqla dirəyə biləcəyi qədər güvənilən insanlardır.
 
 
TƏRCÜMƏ ETDİ: KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN