Yalan Danışan Insanın 4 Əlaməti!

0
3966
Yalan Danışan Insanın 4 Əlaməti!

Hər kəsin balaca da olsa yalan danışdığı məqamlar var. Amma bəzilərinin yalanı bir münasibəti məhv edə bilər. Xüsusilə də sevgi və ailə münasibətlərində. Sevgilinizin və ya həyat yoldaşınızın yalan danışıb-danışmadığını bilmək istəyirsiniz? Bunun üçün dahi olmağa ehtiyac yoxdur. Bədən dili mütəxəssisi Cenin Drayver yalan danışan kişinin 4 əlamətini açıqlayıb.

Sadəcə aşağıdakı nüanslara diqqət edin və reallıqla üzləşin.

Hadisəni nəql edə bilmir.

İnsanlar bir hadisədən bəhs edərkən əvvəldən başlayıb sona doğru gedirlər. Ancaq əgər yalan danışırıqsa, beyin bu ardıcıllığa əməl edə bilmir. Özündən yalanlar uyduran bir kişi axşam saatlarında harada olduğunu izah edərkən qarmaqarışıq danışacaq.

"3" rəqəminə diqqət!
 
Niyəsə yalançılar bu ədədi çox sevirlər.

Yalan danışarkən adətən bu rəqəmdən istifadə edirlər. Məsələn, sizə günorta yeməyində 3 dostuyla görüşdüyünü və ya 3 qədəh içki içdiyini deyirsə, şübhələnməyə başlayın.

"Amma..."
 
Bu bağlayıcıya xüsusilə diqqət yetirin. Qarşınızdakı şəxs "Bilirəm, mənə inanmayacaqsan, amma..." deyə cümlələr qurursa, deməli torbada pişik var.

Dostunu şahid göstərir.
 
Yalanının inandırıcı olmadığını başa düşəndə dostlarının adını çəkib onların şahid olduğunu deyir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN