Robin Williamsın Uğuru

0
2479
Robin Williamsın Uğuru

Robin Williams Good Morning Vyetnam, Good Will Hunting, Patch Adams, Jumanji və Ölü Şairlər Cəmiyyəti kimi bir çox uğurlu Holywood filmlərində çəkilən ABŞ-ın məşhur kino komediya aktyorudur.Holivudun ən uğurlu simalarından olan Williams,bir Oskar, iki Emmy, dörd Qızıl Kürə və beş Grammy-nin də aralarında olduğu onlarca mükafata malikdir.

Kaliforniya polisi, məşhur aktyorun ölümündə intihar şübhəsi üzərində durarkən, hadisə ilə bağlı istintaq başlanıldığını və Williamsa ekspertiza ediləcəyini açıqlayıb.
 
Can Dostum filmi ilə 1997-də ən yaxşı köməkçi kişi aktyoru namizədliyi ilə Oskar qazanan 63 yaşlı sənətkarın 2009-ci ildə ürəyində əməliyyatı olundu daha sonra da bir neçə dəfə depresiyadan müalicə aldığı qeyd edilib.
 
 
Robin Williams Uğur Hekayəsi
 
Robin McLaurim Williams, 21 İyul 1951 tarixində, Çikaqo, ABŞ-da dünyaya gəlib.Atası Robert Williams Ford Avtomobil firmasında bir rəhbər, anası Laura Williams isə, zamanının tanınmış modellərindən biri idi. Uşaqlığını Bloomfield Hills, Michiganda keçirən Williams, Detroit İbtidai Məktəbini bitirdikdən sonra Kaliforniyada yerləşən Redwood Məktəbində təhsil almışdır. Claremont Kollecindən məzun olduqdan sonra, 1973-ci ildə Julliard Məktəbinə keçdi; Xüsusi bacarıq göstərənlərin oxuduğu bu məktəbə yalnız ildə 20 tələbə qəbul olunurdu.
 
NBC-də yayımlanan qısa ömürlü The Riçard Prayor Show adlı proqramından sonra Happy Days adlı televiziya serialında aktyorluq karyerasına başlayan Williams, bu kinoda fəzalı Monk xarakteri ilə qısa bir müddətdə böyük populyarlıq qazandı və bu xarakter kinodan ayrılaraq Williamsın baş rolunda olduğu Monk və Mindy adlı özünə xüsusi bir kinoya qovuşdu. 1978-1982 illəri arasında nəşr olunan Monk və Mindy, o qədər məşhur bir serial idi ki, özünə məxsus plakatlardan boyama kitablarına qədər gənc tamaşaçılara dair bir çox material dərc olunub.
 
Monk və Mindy serialı ilə tutduğu məşhurluğu çox yaxşı istifadə edən Williams, 70-li illərin sonlarından etibarən stand-up tok-şoular keçirməyə başladı və yaxşı bir komediya aktyoru kimi sadiq bir tamaşaçı kütləsi topladı. 2004-ci ildə, Comedy Central tərəfindən nəşr olunan "Tarixin Ən Yaxşı 100 Stand-up və Komediya ustası" siyahısında Williams 13-cü olaraq göstərilirdi.
Film kariyerasına 1980-ci il tarixli Əsas Rəis adlı film ilə başlayan Williams, karyerasının çoxunda komediya janrında olan əsərlərə üstünlük verib.Williamsın kinoda göstərdiyi ilk uğur, 1987-ci il tarixli Good Morning, Vyetnam oldu. Bu filmdə canlandırdığı Adrian Cronauer xarakteri ilə Qızıl Kürə mükafatı qazanan sənətkar, həmçinin BAFTA, Oskar və Amerika Komediya Mükafatlarına namizəd göstərildi.
 
1992-ci ildə, Ələddin adlı multiplikasiya filmindəki Cin xarakterinə etdiyi səsləndirmə ilə ağ pərdənin fərqli bir sahəsinə daha atılan Williams, daha sonrakı illərdə səsləndirmə sənətçisi olaraq A.I, Everyones Hero, Happy Fut və The Timekeeper kimi bir çox əsərdə rol aldı.
 
Williamsın kinoda göstərdiyi ikinci böyük uğur isə, 1998 tarixli Good Will Hunting filmi ilə oldu; Sənətkar bu film ilə Ən Yaxşı Köməkçi Kişi Aktyor sırasında Oskar mükafatını qazandı. Williamsın digər mühüm filmləri arasında komediya/dram Patch Adams, elmi fantastika janrındakı Bicentennial Man, eyni adı daşıyan məşhur kitabdan uyğunlaşdırılan Dead Poets Society və evsiz bir adamı canlandırdığı The Fişer Kinq yer aldı. Bunlarla yanaşı uşaqlarla bağlı komediya filmlərində də yer alan sənətçi, bu sahədə ən çox Peter Pan və Jumanji adlı filmlərlə diqqət çəkməyi bacardı.
 
İlk olaraq 1978-ci ildə, Valerie Velardi ilə evlənən Williams, bu evliliyə son qoymasının ardından ilk evliliyindən olan uşağının baxıcısı olan Marsha Garces ilə ailə qurdu və iki uşaqları oldu.
 
Aktyorluq karyerasından və fanatlarından ayırdığı zamanlarda oyun oyunmağı sevdiyini bildirən aktyor, tam bir stolüstü oynama oyunları və kompüter oyunlarının xəstəsi idi. Half-Life, Warcraft və bənzəri bir çox kompyuter oyunu ilə yanaşı Dungeons and Dragons adlı stolüstü oynama oyunlarını da çox sevdiyini bildirən aktyor, 2006-ci ildə keçirilən E3 adlı kompyuter oyunları görüşməsinin də qonaq sənətçisi kimi qarşımıza çıxmışdı.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN