Stephen Hawking haqqında hər şey!

0
4002
Stephen Hawking haqqında hər şey!

Günümüzdə Stephen Hawking-i parlaq bir zəka ilə tanıyırıq. Dünyanın ən öndə gələn fiziklərindən biri olaraq qəbul edilir. Budur onun həyatına dair məlumatlar:

- Məktəbdə aşağı qiymət alardı; Məktəb illərində Hawking-in tənbəl biri olduğunu öyrənmək, bir çoxumuza təəccüblü gələ bilər. 9 yaşında olanda qiymətləri, sinfin ən aşağı qiymətləri arasında idi. Düzdü sonralar bir az çalışaraq qiymətlərini orta səviyyəyə çatdırdı, lakin heç vaxt əla olmadı.

Bununla yanaşı çox erkən yaşlardan etibarən ətrafındakı əşyaların necə işləməsi ona maraqlı gəlirdi. Ləqəbinin "Eynşteyn" olduğuna baxsaq, aşağı qiymətlərə baxmayaraq ətrafı onun gələcəyin dahisi olduğunu anlamış kimi görünürdü. Sonrakı yaşlarında, Oxford Üniveristesi təqaüd imtahanlarında yüksək bal alaraq universitetdə oxumağa başladı.

- Biologiyanı sevmirdi; Stephen Hawking kiçik yaşlarından bəri fizika və riyaziyyatı sevirdi. Hawkingə biologiya maraqlı gəlmirdi. Biyologiyanın “naməlum və əzbərçi" elm olduğunu bildirirdi.

- Oxford-un kürəkçəkmə komandasında idi; Hawking-i yaşadığı yalnızlıq və bədbəxtlikdən qurtaran yeganə şey kürəkçəkmə komandasına daxil olması idi. Fiziki problemlərə səbəb olan xəstəliyinin dioqnozu qoyulmamışdan qabaq belə Hawking çox da iri bir insan deyildi. Kürəkçəkmə komandasında sükan hissədə əyləşərdi. Belə iri olmayan insanlar,  kürək çəkməyib yön ve sürət barədə məlumat verirlər.

Kürəkçəkmə komandası Hawking-in məşhurlaşmasına səbəb oldu. Bu isə onun dərslərinə çalışmaqda məneə oldu. Çünki həftədə 6 dəfə nahardan sonra bu işlə məşğul idi.  Bu gərgin tempoda Hawking, işin asanına qaçaraq labaratoriya hesabatlarını hazırlamaq üçün "yaradıcı analizlər" istifadə elədi. 

- 21 yaşında olanda bir neçə il ömrü qaldığını demişdilər; O zamanlar yüksək lisenziya şagirdi olan Hawking, yavaş-yavaş səndələməyə başlayırdı və özünü idarə etmədə çətinliklər yaşayırdı. Hər hansı bir narahatçılığının olub olmamasını öyrənmək üçün xəstəxanada bir sıra testlərdən keçdi. Ona amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyuldu. ALS, xəstələrin əzələ idarəsini itirmələrinə səbəb olan nevroloji bir xəstəlikdir. Həkimlər ona bir neçə il ömrü qaldığını söylədilər.

- Sərhədsiz Kainat Nəzəriyyəsinin yaradılmasında iştirak etdi; Hawking-in başlıca müvəffəqiyyətlərindən biri, 1983-cü ildə kainatın sərhədlərinin olmadığı nəzəriyyəsini söyləməsi idi. Hawking və Hartl kainatın şəkli və təbiətini anlamaq məqsədiylə, kvant mexanikası və ümumi nisbilik anlayışlarını birləşdirərək kainatın əhatə olunan bir yaradılış olduğunu, ancaq yenə də sərhədləri olmadığını bildirdilər.

- Saysız mükafat və medalalmışdır; Fizikadakı uzun karyerası ərzində Hawking inanılmaz təsir edici mükafatlar və nişanlar seriyası qazanmışdır. Kral Dərnəyi üzvlüyünə qəbul edildi, Elm Qızıl Medalı ilə təltif edilib, Albert Eynşteyn Mükafatı və Hughes medalını aldı. Cambridge Universitetindən "Lucasian Riyaziyyat Professoru" ünvanı aldı. Bu qədər mükafata baxmayaraq hələ Nobel Mükafatını almaması inanılmazdır.

- Uşaq kitabları müəllifidir; Hawking-in keçmişində ən gözlənilməz xüsusiyyətlərindən biri şübhəsiz ki, uşaq kitabı müəllifi olmasıdır. 2007-ci ildə qızı Lucy ilə birgə "" Georgo-nun Kainata Açılan gizli açarı "kitabını yazdılar. Seriyanın ikinci kitabı 2009-ci ildə "Georgo-nun Kosmik Xəzinə Ovu" adıyla nəşr olundu.

- 2007-ci ildə 65 yaşında olanda Hawking həyatının ən böyük səyahətini elədi. Zero Gravity A.Ş. sayəsində yer çəkiminin olmadığı mühitdə müstəqil formada havada dayana bildi.

Hawking, qlobal istiləşmə və nüvə müharibələri ucbatından insan irqinin gələcəyinin, əgər uzun bir gələcək olacaqsa, kosmosda olacağını bildirmişdir.

- Qara dəliklər üzərində qoyduğu bir iddianı itirdi; 2004-ci ildə Hawking qara dəliklərlə əlaqədar 1997-ci ildə girdiyi bir iddianı elm insanı dostlarının qazandığını və özünün yanıldığını etiraf etdi. Hawking, yanıldığını etiraf edə biləcək qədər centlmen bir insan idi.


 

ŞƏRH YAZIN