Beyni ağrını kəsməyə necə öyrətmək olar?

0
2899
Beyni ağrını kəsməyə necə öyrətmək olar?

Lüksemburq Universitetinin keçirdiyi yeni tədqiqata əsasən, əgər insanlar neytral səs eşidirlərsə, onlarda ağrı hissiyyatı kütləşə bilər. Bu, ağrını azaltmaq üçün bizim ağıldan istifadə etməyi öyrənə biləcəyimizin daha bir sübutudur.

Alimlərə məlumdur ki, bədənin bir nahiyəsindəki daimi ağrı bədənin digər nahiyəsində yeni ağrı başlayan vaxt azalır. Ağrının bu cür təcrid olunması orqanizmə daha potensial yeni təhlükənin öhdəsindən gəlməkdə kömək edən əsəb sisteminin fizioloji reaksiyası nəticəsində baş verir. "Ağrını ağrı kəsir” təzahürünü tədqiq etmək üçün əvvəlcə subyektin pəncələrinə ağrılı elektrik impulsları (ilk ağrı) buraxıb və sonra ağrının intensivliyini ölçüblər.
 
Daha sonra eksperiment iştirakçılarından öz əllərini içərisində buzlu su olan vedrəyə salmağı xahiş ediblər (yeni qıcıqlandırıcı ağrının azalmasına səbəb olub). Və onlar bunu etdikdən sonra qulaqcıqlarda telefon musiqisi səslənib. Bu proseduru bir neçə dəfə təkrar ediblər. Məlum olub ki, musiqi səslənəndə elektrik stimulyasıyasından olan ağrı azalıb. Beyin rinqtona öyrəşib- bu, orqanizm tərəfindən fiziki ağrını təcrid edən mexanizmin buraxılmasına cavabdeh olan sıqanılıdır.
 
Eksperiment iştirakçıları təkcə güclü ağrı hiss etməyiblər, onlarda həmçinin ağrını bildirməkdə istifadə edilən üz əzələlərinin fəaliyyəti kimi daha az obyektiv ağrı əlamətləri də olub. Ümumilikdə, sınaqda 32 nəfər iştirak edib. Lüksemburq Biologiya-Psixologiya Universitetinin professoru Fernand Anton bildirib: "Pavlov itlərdə ağız suyu ifrazı vasitəsilə fizioloji reaksiya yaratdığı kimi, biz də sübut etdik ki, rinqton insanlarda ağrını azlatmaqda analoji effektə malikdir”.
 

ŞƏRH YAZIN