Sürətli Oxunun Beyinə olan Faydaları

0
7502
Sürətli Oxunun Beyinə olan Faydaları

Hər birimizin doğru bildiyi yanlışlar vardır. Bunlardan biri də, Sürətli Oxunun ziyan olması, fikri yayınıdırması və qavramanı əngəlləməsi kimi qəbul olunmuş yanlışlardandır. 

Asta oxuyan birini təsəvvür edək. Bu şəxs, oxuduğunu qavraması üçün lazım olan konsentrasiyaya sahib olmadığı üçün, ağlına müxtəlif fikirlər gələcəkdir. Asta sürətlə oxumaq, konsentrasiyanı artırmır, əksinə, azaldır. 
 
Biz hiss etməsək belə, beynimiz bəzən bizim yerimizə qərarları qəbul edir. Belə ki, Beyin konsentrasiyanın az olduğunu bildiyi üçün, həmin mətnin lazımsız olduğuna qərar verir və oxumaqla yanaşı, eyni zamanda başqa lazımi məsələləri də həll etmək məqsədilə, tez-tez digər gündəlik məsələlərə gedib gəlir. Ağlından fərqli düşüncələr keçən biri isə, oxuduğuna tamamilə konsentrasiya olmadığı üçün, davamlı eyni yeri təkrar-təkrar oxumalı olur.
Halbuki sürətli bir oxucunun, beyninə fərqli düşüncələr gəlməz və oxuduğunu həm daha yaxşı qavrayar, həm də zamana qənaət etmiş olar.
 
Sürətli oxunun faydalarına gəldikdə isə;
Gündəlik oxu üçün ayırdığınız vaxt ərzində daha çox oxuma və qavrama imkanı.
Zamana qənaət. Oxuduğunuzu daha yaxşı qavrama və lazım gəldikdə xatırlama.
İş və Təhsil həyatında daha uğurlu olmaq.
Daha zəngin məlumat bazasına sahib olmaq və kitab oxumaq bacarığının inkişafı
Effektiv yaddaş texnikaları ilə həyatın istənilən sahəsində daha qalıcı öyrənmə bacarığı.
Beyin gücünüzün və fərdi potensialınızın fərqinə varmaqla birlikdə özgüvən.
 
Kitab oxumaq həm dünyagörüşümüzü artıran, həm də zövq aldığımız çox gözəl bir məşğuliyyətdir. Kitab oxumaq çox gözəl bir hobbi olmaqla yanaşı, beynimizin inkişaf etməsinə də misilsiz kömək edir. Bildiyimiz kimi, beyin sağ və sol olmaqla iki yarımkürədən ibarətdir. Kitab oxumayan bir insan, sadəcə televizor izləməklə, beyninin sadəcə bir yarımkürəsini istifadə edir və beyin inkişafına mane olur. Beyninizin inkişafı üçün hər iki yarımkürəni istifadə etməlisiniz. Bunun üçün kitab oxumaq əla vasitədir. Hətta yaddaş texnikları ilə sürətli oxuyaraq beyninizin hər iki yarımkürəsini EYNİ ANDA işlədə bilərsiniz.
 
Kitab oxumağın beyin üçün faydaları:
Beynin hər iki yarımkürəsini aktiv və effektiv şəkildə işlətməyinizi təmin edir.
Beyin-göz əlaqəsi quraraq daha sürətli qavrama gücünüzü artırır.
Sağ və sol yarımkürələri bir-birinə bağlayan əzələləri (Corpus Callosum) gücləndirir.
Daha sürətli düşünmə və IQ (İntellekt) səviyyəsinin artmasına kömək edir.
 
Kitab oxumaq eyni zamanda istəmədiyimiz pis vərdişlərimizdən, gündəlik stress və qayğılarımızdan uzaqlaşmağa kömək edir. Həyatın istənilən yaş dövründə, istər uşaq, istər gənc istərsə də yaşlılar Sürətli Oxu ilə həyatlarını daha cazibədar hala gətirə bilərlər.
 

Neyro Liqvistik Sürətli Oxu təlimi barədə ətraflı məlumat almaq ücün aşağıdakı linkə daxil olun:

 
 
 
 
 
 

ŞƏRH YAZIN