Sürətli Oxu nədir?

0
8712
Sürətli Oxu nədir?

Adından da göründüyü kimi, daha az vaxt ərzində daha çox məlumatı oxumağa və yadda saxlamağa deyilir. Xüsusi konsentrasiya və yaddaş təlimləri sayəsində oxuduqlarınızı daha tez bir zamanda oxumaqla qalmayacaq, eyni zamanda mükəmməl şəkildə yadda saxlayacaqsınız. Sürətli oxu texnikaları doğru öyrənildiyi və istifadə edildiyi halda, oxuma sürətinizi ən az 3, hətta 4 qatına çıxarmanız mümkündür.

 
Nəyə görə sürətli oxumalıyıq?
Ötən əsrdən başlayaraq, dünya iqtisadiyyatının əsasında, fiziki qüvvə yerini zehni bacarıq tutumuşdur. Öz beyin potensialını bacarıqlı bir şəkildə üzə çıxaran istedadlı şəxslər, indiki dövrdə uğuru asanlıqla əldə etməkdə, hərkəsin rəğbətini qazanmaqdadırlar. Elm və texnologiyanın belə sürətlə irəlilədiyi bir zamanda, hadisələrin gedişi ilə ayaqlaşmaq  üçün, şübhəsiz ki, sahib olduğumuz ən möhtəşəm bioloji varlıq – Beynimizi gücləndirməli, potensialını kəşf etməliyik. 
İnformasiyanın belə sürətlə yayılması qarşısında, beyninizi də maksimum səviyyədə inkişaf etdirsəniz, şübhəsiz ki, uğuru əldə edəcəksiniz. Beyini inkişaf etdirmənin ən yaxşı üsullarından biri də, Sürətli Oxu təlimidir. İstər, iş adamları, istər müəllimlər, jurnalistlər, xüsusilə də tələbələr Sürətli oxu təlimi sayəsində əldə edəcəkləri nailiyyətlərə özləri də heyran qalacaqlar.
 
Təlim nəyə əsaslanır, kimlər edə bilər?
Oxumaq zehni bir fəaliyyət olduğu üçün, gözləri və beyni sağlam olan hər kəs təlimlərdə iştirak edə bilər. Sürətli oxumaq qeyri-adi bir istedad deyil, xüsusi texnikalar və məşqlərlə əldə edəcəyiniz çox asan bir bacarıqdır. 
Bilirik ki, oxumaq gözlər və beyin arasında olan əlaqələr vasitəsilə həyata keçir. Gözdəki optik sinirlər, yazılan məlumatları beyinə ötürür və beyində hamısı analiz olunaraq nəticə çıxarılır. Deməli, Sürətli oxu üçün lazım olan əsas məsələ; göz əzələlərinin gücləndirilməsi, konsentrasiyanın artırılmasından ibarətdir. Normal bir insan bir nöqtəyə baxdıqda, 2 santimetrlik bir sahəni görürsə, göz məşqləri sayəsində aktiv görmə bucağını genişləndirmiş birisi, 4-5-6 santimetrlik bir sahəni görür, yaddaş texnikları vasitəsilə öyrəndiklərini asanlıqla yadda saxlayır.
 
Təlim barədə ətraflı məlumat almaq ücün aşağıdakı linkə daxil olun:
 
 

ŞƏRH YAZIN