Iq Səviyyənizi Artıracaq 7 Günlük Proqram

0
6927
Iq Səviyyənizi Artıracaq 7 Günlük Proqram

Sizə təqdim edəcəyimiz gündəlik planlaşdırılmış 1 həftəlik proqramla IQ səviyyənizi yüksəldərək %40 faiz artırmaq mümkündür.

Şotlandiyadakı Edinburq Universitetinin Biomedical Bölümündən Professor Mark Lythgoes, 1 həftə davam edəcək bir proqramla IQ səviyyəsinin %40 artırılacağını nəzərdə tutur.
 
Professor Mark Lythgoes bu proqramın müsbət nəticələr verdiyini söylədi. Professor Lythgoes-a görə beyin, hər hansı bir əzələ kimi, keçiriləcək məşqlər olduğundan çox daha güclü bir hala gətirilə biləcək bir quruluşa sahibdir.
 
Bazar ertəsi
 
İşə və ya məktəbə piyada gedərək,velosipedlə ya da daha əvvəl heç istifadə etmədiyiniz bir vasitəylə gedin. Axşam yeməyində yağlı balıq yeyin.
 
Çərşənbə axşamı
 
Bilmədiyiniz sözlərin mənalarını lüğətdən öyrənin və bu sözləri gündəlik söhbətlərinizdə istifadə etməyə çalışın.
 
Çərşənbə
 
Yoqa ya da meditasiya dərslərinə müraciət edin. Bu münasibətlə daha əvvəl tanımadığınız insanlarla dialoq qurun.
 
Cümə axşamı
 
İş yerinə daha əvvəl heç istifadə etmədiyiniz başqa bir yolu sınayaraq getməyə çalışın. Televiziyalardakı ya da internetdəki ciddi informasiya proqramlarını izləyin.
 
Cümə
 
Ümumiyyətlə  həftə sonundan əvvəl insanlar, iş yeri çıxışında bir bara və ya kafeyə gedərək alkoqol və ya kofein qəbul edirlər. Cümə günlərinin əvəz olunmazı olan bu adətinizi təəssüf ki, tərk etmək məcburiyyətindəsiniz.
 
Şənbə
 
Dişinizi, normalda hansı əlinizi istifadə edirsinizsə digər əlinizi istifadə edərək yuyun. Gözünüzü bağlayaraq duş alın.
 
Bazar
 
Səhər yeməyi sonrası tapmaca həll edin və sonra qısa bir gəzintiyə çıxın.
 
 
Proqram bu qədər asandır. Mən edilməyəcək bir şey görmədim. Bir sınayaq, nə itirərik?
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN