Güclü Beyin Üçün:Yaddaş Və Unutqanlıq.

0
5475
Güclü Beyin Üçün:Yaddaş Və Unutqanlıq.

Unutqanlıq, indiki vaxtda uşaqlardan yetkin fərdlərə qədər hamımızın yaşadığı bir vəziyyətdir. Texnologiya və elm sayəsində artan cib telefonu və kompüter istifadəsi, stress, səs və səs-küy, sıx iş tempi, balanssız qidalanma, yuxu nizamsızlığı unutqanlığa uzanan pillələrdən yalnız bir neçəsini meydana gətirir. Unutqanlığın qarşısını ala bilmək üçün yaddaşın güclü tutulması lazımdır.

Güclü bir yaddaş üçün edilməsi lazım olanlar nələrdir?

• Stress Nəzarət

• Zehni Fəaliyyət

• Sağlam Bəslənmə

• Yuxu Nizamı

1. Stressə Nəzarət

Unutqanlığa səbəb olan halların başında stress gəlir. Həddindən artıq stress beynin yaddaş hissələrini korlayar. Bu səbəblə stresimizi nəzarət altına almalı, mümkün qədər sakit qalmağa çalışmalıyıq. Depresif olma, əsəbilik, aqressiv davranışlar etmək, hirsli ruh halı stressi tətikləyən başlıca faktorlardandır. Bu kimi davranışlarda tapılmaq yerinə zehni qarışıqlığa səbəb olan stressi nəzarət altına almağa çalışmalıyıq.

2. Zehni Fəaliyyət

Zehni fəaliyyətlərdə olmaq unutqanlığı qarşısını almaqda əhəmiyyətli rol oynayar. Xəyal qurmaq, kitab oxumaq,tapmacalar həll etmək, zəka inkişaf etdirici oyunlar oynamaq, yeni bir hobbi yaratmaq zehini düşünmə və araşdırmaya birbaşa təsir edir. Unutqanlığın azaldacaq beyin məşqləri edərək yaddaşımızı gücləndirməliyik.

3. Sağlam Qidalanma

Vitamin və mineralların çatışmazlığı yaddaşda zəifləməyə və buna bağlı olaraq düşünmə itkisinə səbəb olmaqdadır. B12 və C vitamini kimi vitamin və mineralların qəbul olunması  narahatlıq və stressi azaltmağa köməkçi olur..Antioksidan vitaminlər isə sinirlər və digər beyin strukturlarına zərər verə bilən sərbəst radikalları və reaktiv oksigen növlərini aradan qaldıraraq mərkəzi sinir sistemi sağlamlığını qoruyar. Kalsium istehlakı olunmadığından yaddaş itkisinə səbəb olarkən, Omega-3 yağ turşuları, iltihab verdiyi zərərlərə qarşı beyni qoruyur. Bu səbəblə qida istehlakında bir tarazlıq qurmağa diqqət göstərməliyik.

Spirt və narkotik istifadəsi, həddindən artıq kafenin istehlakı zehni funksiyaları mənfi istiqamətdə təsir edir. Depressiya kimi psixiatrik xəstəliklər var isə müalicə olmalı, həkim tövsiyəsi olmadan anti-depresan növü dərmanlar almaqdan etməliyik.

5. Yuxu Nizamı

Yuxu nizamı yaddaş funksiyası üçün olduqca əhəmiyyətlidir. Öyrənilmiş məlumatların xatırlanması, qayğı və narahatlığın azalması sağlam bir yuxu ilə mümkündür. Yuxu nizamı sayəsində zehni performans artacaq. Diqqətsizlik, konsentrasiya pozuqluğu, dalğınlıq kimi vəziyyətlərin öhdəsindən gelinebilmesi və yaddaş problemlərinin yaşanmaması üçün yuxu intizamı təmin etməliyik.

 

Tərcümə etdi : Günay Məhərrəmova

ŞƏRH YAZIN