Qeyri-Adi İnsanların Beynində Nələr Baş Verir?

0
3142
Qeyri-Adi İnsanların Beynində Nələr Baş Verir?

Bədəni yüksək cərəyanda elektrik keçirənlər, su altında nəfəsini 20 dəqiqədən artıq tutanlar, üstlərindən böyük bir yük maşını keçirənlər, heç bir təsdiq edici amil olmadan dünyanın ən hündür binalarına dırmaşanlar...Bu qeyri-adi insanların beyni normal insanlardan fərqlimi çalışır?...
 
BEYNİN VƏ BƏDƏNİN SİRLƏRİ AŞKARA ÇIXIR
 
Həqiqətən, beynimizin yalnız yüzdə 10-unu istifadə edirik?
 
Cinayətkarların başı digər insanlardan daha fərqli çalışır?
 
Bu sualları və daha çoxunu, gəlmiş keçmiş ən qeyri-adi qabiliyyətləri axtarmaq üçün dünyanın dörd bir tərəfini dolaşan iki məşhur elm adamından soruşduq.
 
Bədəni yüksək cərəyanda elektrik keçirənlər, su altında nəfəsini 20 dəqiqədən artıq tutanlar, üstlərindən böyük bir yük maşını keçirənlər, heç bir təsdiqedici amil olmadan dünyanın ən hündür binalarına dırmaşanlar...Adi bir insanı öldürməsi qüvvəylə mümkün olan bu fəaliyyətlər, onların gündəlik həyatlarının bir hissəsidir. Hətta əksəriyyətlə həyatlarını bu heyrətamiz qabiliyyətlərini nümayiş etdirərək qazanırlar.
 
Discovery Channelda yayımlanmağa başlayan Super Şou, dünyanın dörd bir yanına yayılmış bu istedadları bir araya gətirmək və onların sirrini tapmağı hədəfləyir. Verilişin aparıcılarından biri, İngiltərənin ən məşhur idman psixoloqu Professor Greg Whyte-dır. Son Olimpiadalarda İngilis idmançılara müşavirlik edən Whyte, eyni zamanda başda Cheryl Cole olmaqla bir çox sənətkarın da motivasiya koçu olmuşdur. Digər aparıcı isə işləriylə akademik aləmdə diqqətləri üzərinə çəkən Amerikalı Nevroloq Heather Berlindir.
 
Bu iki mühüm adla həm beynimizin və bədənimizin sirlərini həm də proqramı danışdıq.
 
Doktor Berlin, istəyirsinizsə, əvvəlcə normal insanlar haqqında danışaq. Həmişə deyilən bir şey vardır; Həqiqətən, beynimizin yüzdə 10-nu istifadə edirik?
 
Heather Berlin: Bu tamamilə yalandır! Beynimizin yüzdə 90-ı bioloji artıq deyil. İnsan beyninin hamısını istifadə edir. Biz fərqində olmasaq da beynimizin müxtəlif nöqtələrində davamlı bir hərəkət var. Elm bunların hamısını hələ həll edə bilmədiyi üçün, beynimizin yüzdə 90-ı işə yaramır demək çox səhvdir. Digər tərəfdən, beynimiz onsuz da daim özünü inkişaf etdirir. Bunu nevroplastik anlayışı ilə açıqlayırıq. Öyrəndiyimiz hər yeni məlumat, əldə etdiyimiz hər yeni istedad, beynimizdəki fərqli əlaqə nöqtələrini bir-birinə bağlayır və beləcə, beynimizin “balta girməmiş” sahələrinə çatırıq.
 
Greg Whyte: Mənim də əlavə etmək istədiyim bir şey var. Tarix boyu insan oğlu hər zaman beynini məcbur etməkdənsə işin daha asanına qaçmağı üstünlük vermişdir. Məsələn, müasir cəmiyyətin ortaya çıxması ilə hərəkətsiz hala gəldik. Texnologiya inkişaf etdikcə daha da hərəkətsizləşirik. Beyin mövzusunda da eyni şey keçərlidir. Bəli, bəlkə beynimizin yalnız yüzdə 10-unu istifadə etmirik amma zehni qabiliyyətlərimizdən tamamilə istifadə etmək məsələsində də çox inadçı olduğumuz deyilə bilməz.
 
BƏZİ MƏKANLAR MƏHƏBBƏTİ ASANLAŞDIRIR
 
Görəsən eşq dediyimiz duyğu da, beyindəki əlaqə nöqtələrinin bir-birinə bağlanmasından ibarətdir? Yəni sehrli bir duyğu deyilmi məhəbbət?
 
H.B: Çox zaman inanılmaz və ya doğru olmayan bir şey kimi əks etdirilsə də, məhəbbət tamamilə bioloji bir hadisədir. Aşiq olanda beynimizin müəyyən bölgələri fəallaşır və özümüzü xoşbəxt hiss edirik. Digər tərəfdən, məhəbbətin və sevginin hər növü, beynin fərqli bölgələrini aktivləşdirir. Məsələn,böyük bir məhəbbətlə uzun illərdir birlikdə yaşayan cütlüyün arasındakı məhəbbətin və ya ana və dost sevgisinin beynində hərəkətə keçirdiyi bölgələr fərqlidir.
 
Elə isə bu bioloji hadisənin baş verməsini asanlaşdıracaq, ona zəmin hazırlayacaq addımlar da atıla bilər. Birini özünüzə aşiq etmək üçün uyğun şərait yaradıla bilərmi?
 
H.B: Əlbəttə. İçində olduğunuz mühit, aşıq olmağınızı asanlaşdıra bilər və ya çətinləşdirə bilər. Araşdırmalara görə, bir idman salonunda çalışarkən və ya yüksək bir körpüdə gedərkən aşiq olmağınız və ya yanınızdakı adamın sizə aşiq olması çox daha asandır. Çünki belə şəraitlərdə, orqanizm fərqli hormonlar ifraz edir və duyğu sıxlığı yaşanır. Bu da eşitdiyiniz rəğbətin məhəbbət olduğunu düşünmənizi təmin edir. Yəni birinin sizə aşiq olmasını istəyirsinizsə, onu bu cür yerlərə aparın!
 
İSTEDAD ÖZ-ÖZÜNƏ İNKİŞAF ETMƏZ
 
Bəs fiziki qabiliyyətlər? Nə qədəri doğuşdan gəlir, nə qədəri çalışmağa bağlı?
 
G.W: Genetik xüsusiyyətlərin payı əlbəttə ki, böyükdür. Ancaq digər amillər də ən az bunun qədər əhəmiyyətlidir:İçində olduğunuz dairənin, ailənizin dəstəyi və ən əhəmiyyətlisi işləmək arzunuz. Olimpiadalarda da, şouda araşdırdığımız şəxslər arasında da, sıx və intizamlı bir şəkildə çalışmayan, qabiliyyəti öz-özünə inkişaf edən kimsəyə rast gəlməmişəm.
 
Öyrəndiyimiz hər bir yeni məlumatın, beynimizin “balta girməmiş” sahələrinə irəliləməyimizi təmin etdiyindən bəhs etdik. Artıq məlumat axını həmişəkindən tez olduğuna görə, gələcəkdə xüsusi zehni qabiliyyətə malik insanlar artacaq mı?
 
H.B: İnsan növü zehni inkişafını davam etdirir. Və bu inkişafda önə çıxanlar, məsələn, Stiv Jobs kimi yaradıcı adamlar, ön plana çıxır. Amma bu insanlar azlıq təkil edir və azlıqda qalmağa davam edəcəklərini düşünürəm. Yəni bir gün hər kəs super ağıllı olacaq kimi bir şey demək doğru deyil. Digər tərəfdən fiziki olaraq da hələ inkişafı qoyaq bir kənara , mexanikləşmənin də təsiri ilə geriyə gedirik.
 
BU ADAMIN BƏDƏNİ TRANSFORMATOR KİMİDİR!
Şou üçün bir çox fərqli ölkəyə getdiniz. Sizə çox təsir edən, elmi üsullarla açıqlamaqda çətinlik çəkdiyiniz istedadlarla qarşılaşdınızmı?
 
G.W: Hindistanın Kerala bölgəsində tanış olduğum Rajmohan Nairin sirrini, saysız-hesabsız elm insanı dostumla müzakirə etməyimə baxmayaraq tapa bilmədim. Normal bir insanın bədəninə 50 miliamper gücündə elektrik versəniz, onu öldürərsiniz. Amma Mohan, bədəni vasitəsilə 4 amper elektrik çəkə bilir və bundan heç bir zərər görmür! Hekayəsi də olduqca maraqlıdır.Gənc bədəninə elektrik verərək intihar etmək istəmiş, ancaq heç bir şey olmadığını gördükdə istedadını kəşf etmişdir.
 
H.B: Mənə ən çox təsir edən isə  Danimarkalı Stig Severinsen oldu. Su altında 22 dəqiqə nəfəsini saxlaya bilir və istədiyi zaman ürək ritmini dəqiqədə 90-dan 30-a qədər aşağı sala bilir. Açığı, bunu necə etdiyini hazırkı elmi faktlarla həll etmək mümkün deyil.
 
BİR ŞİŞ, İNSANA GÜNAH İŞLƏDƏ BİLƏR
 
Cinayət və beyin əlaqəsi də istər filosoflar istərsə də hüquqşünaslar arasında tez-tez müzakirə edilir...Cinayətkarların beyinləriylə bağlı araşdırmalar apardınız?
 
H.B: Bəli, bir çox araşdırmamız var. Tapdığımız məlumatlara görə, şiddət ehtiva edən günah işləyən insanların böyük hissəsinin beynində, prefrontal korteks bölgəsi qəzalı vəziyyətdədir. Yəni günahkarların beyinləri, normal adamların beynindən fərqli çalışır. Şiddət duyğuları hər bir insanda olsa da, onlar bu instinktləri tənzimləməyi bacarmır. Bu da başqa bir insanı öldürməsinə səbəb ola bilər. Təbii ki, cinayətin bütün səbəblərini anadangəlmə və ya sonradan inkişaf edən beyin problemləriylə açıqlaya bilmərik. İctimai və iqtisadi arqumentlər də cinayətin təşkilində böyük rol oynayır. Ancaq yenə də beyin ilə cinayət arasındakı əlaqənin ortaya bir mübahisə çıxardığı açıqdır: Ciddi bir ruhi problem olmasa da beynində belə bir problem olan adam cinayət törədirsə, kriminal səlahiyyətə malik sayıla bilərmi?‘Mən’ deyə bəhs etdiyiniz şey, beyninizi də əhatə edirsə, şəxsi məsuliyyətlə, beyin narahatlıqları hansı ölçüyə qədər bir-birindən ayrıla bilər? Və bu insanlar necə cəzalandırılmalıdır? Həbsə atılmalıdır, yoxsa müalicə edilməlidir? Bu mövzuda maraqlı bir  məsələ var. Ötən illərdə bir uşaq təcavüzkarı həbsə atıldı. Ancaq qısa müddət sonra çox ciddi baş ağrıları çəkməyə başladı. Sonra beynində böyük bir şiş olduğu müəyyən edildi. Şişi alandan sonra uşaqlara qarşı marağını tamamilə itirib,təmizə çıxarıldı.Qısacası illərlə həbsdə qalsa da bəlkə günah meylindən xilas olmayacaqdı, ancaq əməliyyat onu xilas etdi.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN