Depressiya Haqqında

0
3385
Depressiya Haqqında

Son vaxtlar gənclər arasında depressiyaya düşmə halları çox tez-tez baş verir.Gənclərin depressiyaya düşmələrinə stress,fasiləsiz iş rejimi,sevgili ilə ayrılmaq ve digər bu kimi hallar səbəb olur.Həmçinin halsızlıq və uğursuzluq kimi digər səbəblər də depressiv halların yaranmasına gətirib çıxarır.Depressiyanın spirtli içkilərin,siqaretin,narkotik maddələrinin təsiri nəticəsində yarandığı da istisna edilmir.Depressiyanı beyin pozğunluğu da adlandırmaq olar. Bu xəstəliyin ilkin əlamətləri bunlardır:
-Gün ərzində özünü kefsiz hiss etmək,səbəbsiz ağlamaq;
-Həyatdan zövq almaq hissinin azalması;
-Yuxusuzluq, yaxud həddindən artıq yatmaq istəyi;
-İştahın artması və ya azalması:
-Baş verən hadisəni çox düşünmək;
-Özünü baş verən hadisədə günahkar hiss etmək;
-Özünü öldürməyi düşünmək.
Araşdırmalar nəticəsində məlum olub ki,evli qadınlarda subay qızlara nisbətən depressiyaya düşmə halı daha azdır.Evli kişilər isə subaylara nisbətən daha çox depressiyaya düşür.
Depressiyaya düşməmək üçün:
1.Hər axşam yatmazdan əvvəl səhər nə edəcəyinizi düşünün.
2.Edə biləcəyiniz işlərin siyahısını hazırlayın.
3.Günün ilk saatları üçün yüngül işlər etməyi planlaşdırın.
4.Sizi yoracaq bir neçə işi eyni gündə etməyə çalışmayın.
5.Etdiyiniz ən gözəl işləri tez-tez yada salın.
6.Ən əsas isə səbirli olmağa çalışın.
Depressiya xəstələrinin 15%-i intihar edir.Alimlərin araşdırmalarına görə,2020-ci ildə depressiya dünyada 2-ci yerdə dayanan xəstəlik olacaq.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN