Əbədi sevginin sirri

0
3834
Əbədi sevginin sirri

Normal münasibətlər niyə alınmır? Bizlər uğursuzluğa yalnız bir səbəbdən düşürük. Bizlər sevginin dilində danışa bilmirik.

Bir çoxları sevgi münasibətlərində ayrılıqlarla və uğursuzluqlarla üzləşirlər. Lakin bundan nəticə çıxardan az olur. Bizlər eyni hərəkətləri edərək yeni münasibətlərdə uğur əldə etməyə çalışırıq. Bizlər sevgimizi etiraf edə bilmirik. Məhz bunu edə bilsək əbədi sevgiyə nail ola bilərik.

Çeri Çapmen “Kişilər üçün sevginin beş dili” kitabında əbədi sevginin sirləri ilə bölüşüb. Məsələ ondadır ki, siz sevdiyiniz qadının “dilini” öyrənməlisiniz. Yalnız bu zaman siz tam xoşbəxt ola biləcəksiniz. Yox bunu edə bilməsəniz sizin sevginiz döyüşə çevriləcək, hər yeni gün yeni yaralarla, yeni məğlubiyyətlərlə dolacaq.

Biz tanış olanda bu səfər hər şeyin fərqli olacağına ümid edirik. Lakin problemlər yenidən peydə olurlar. Niyə bir çox qadın və kişilər arasında problemlər yaranır? Sizin və qadının emosional sevgi diliniz fərqlidir. Bundan azad olmağın zamanıdır.

Əbədi sevginin sirrləri

№ 1 Həvəsləndirici sözlər

Qadınlar sizdən daha çox həvəsləndirici və xoş sözlərə ehtiyac duyurlar. Bu sözləri ayda-ildə bir dəfə yox daha tez-tez demək lazımdır. Dəstəkverici sözləri hər gün deyin. İkinci yarınızı daha da mülayim və sizin istədiyiniz qadın olmasına həvəsləndirin. Bəzi sahələrdə qadınlar özlərinə inanmırlar və sizin dəstəyinizə ehtiyacları vardır. Ona daha da yaxşı olmasına kömək edin. Qadın yeməkləri daha da dadlı bişirəcək, siz onu həvəsləndirin, tərifləyin. Seksdə inanılmaz bir qadına çevriləcək, siz xoş sözlərə xəsislik etməyin. Həvəsləndirci və xoş sözlər onun hisslərini alovlandıran kömürə bərabərdir. Qadın hirslidirsə onunla mübahisə etməyin, sakitləşdirməyə çalışın. Zəiflilikləri bağışlamağı öyrənin, bu əsl kişiyə xas bir hərəkətdir.

№ 2 Hədiyyələr

Qadınlar hədiyyələri sevirlər. Çox sevirlər. Hədiyyə – simvoldur. Hədiyyələr həmişə sizin onu alarkən xanımızı düşündüyünüzü unutdurmur. Hədiyyə sizin aranızda olan görünməz bir əlaqədir. Hədiyyəni almaq, tapmaq və ya düzəltmək olar. Qiymət burada vacib deyil. Hər bir şey sizin gəlirinizdən asılıdır. Hədiyyələr sizin münasibətlərinizə qoyulan “sərmayədir”. Hədiyyə – sevginizin simvoludur. Hədiyyə olmasa qadın şübhələnməyə başlayacaq.

№ 3 Konkret işlər

Sevgi xahish etmir, tələb edir. Yalnız söz və hədiyyələr ilə sevgini tamamlamaq olmaz. Romantik addımlar atın, xanımınıza kömək edin. Kişinin sevgisi – onun hərəkətləridir. Öz əməlləriniz ilə sevginizin gücünü göstərin.

№ 4 Toxunuşlar

Seks – birdirsə, toxunuş – ikidir. Bizim bədənlərimiz toxunuşlar üçün yaranıb. Qısa ayrılıqların sonunda qucaqlaşmalar özündə zəriflik və sevgini cəmləyir. Masajın sirlərini öyrənin və qadın sizin həssas toxunuşlarınızdan həzz alacaqdır. Xanımınıza daha çox toxunun.

№ 5 Zaman

Xoş sözlər, hədiyyələr almaq, seks, konkret işlər – bunlar hamısı yaxşıdır. Lakin qadına bir şey də çatışmır, sizin diqqətiniz. Qadına sizin şəxsi zamanınız lazımdır. Bütün günü işdə olursuz və qadın sizinlə zaman keçirmək istəyir. Lakin zaman ayırsaz da, diqqətiniz qadında olsun. Olur ki, bütün günü bir yerdə keçirsəniz də bir-birinizə fikir vermirsiniz. İlk tanış olduğunuz günləri yadınıza salın və eyni istiqamətdə hərəkət edin.

Bunlar əbədi sevginin sirridir. Çeri Çapmenin bu məsləhətlərinə qulaq assanız qadın sizin üçün dadlı yemək də bişirəcək, uşaqlarınızı da böyüdəcək, seksdə də əvəvzolunmaz olacaq və ən əsası sizi dəlicəsinə sevəcək.

 

ŞƏRH YAZIN