İnsanların Seksdən Üstün Tutduğu 6 Şey - Siyahı

0
2275
İnsanların Seksdən Üstün Tutduğu 6 Şey - Siyahı

Mobil telefon, internet ya da yuxu kimi vərdişlərin seksdən üstün tutulduğunu bilirdinizmi? Sekslə bağlı aparılan bir araşdırmanın nəticələri sizi çox təəccübləndirəcək.

İnsanların seksdən daha çox üstünlük verdiyi 6 şey nədir?

Yuxu. Yorğun olduğunuz gecələrdə seksimi, yoxsa bir an əvvəl yatmağımı seçərdiniz? Araşdırma zamanı insanların 12 faizinin gecələr seks yerinə, yatmağa üstünlük verdiyi ortaya çıxıb.

Ağıllı telefonlar. Ağıllı telefonların həyatımızdan çıxmadığı bir an belə yoxdur. Araşdırmalar zamanı insanların mobil telefonlarına seksdən daha çox bağlı olduqları müəyyən edilib.

Tərif. Gözəl bir tərif eşitmək hamının xoşuna gələr. Müasir dövrdə kişilər sevişmək yerinə eqolarını razı salmağa, təriflər eşitməyə daha çox üstünlük verirlər. Bunu araşdırmalar müəyyən edib.

Yemək. Araşdırmanın nəticəsinə görə, subay qadınların əksəriyyəti 1 il ərzində sevdikləri yeməkdən uzaq qalmaq əvəzinə, sekslə məşğul olmamağı seçiblər.

İnternet. Araşdırma zamanı qadınların 46, kişilərin isə 30 faizinin seksdənsə, internetdə vaxt keçirməyə üstünlük verdiyi ortaya çıxıb.

Gənclik. Kosmetik məhsullar markasının apardığı bir araşdırma zamanı seksmi, gənclikmi, sualına cavab verən qadınların əksəriyyəti 1 il boyunca seks yerinə, yavaş-yavaş qocalmağı seçiblər.

 

ŞƏRH YAZIN