Kişilərin Qadınlara Çatdırmaq İstədikləri 15 Sadə Həqiqət

0
3824
Kişilərin Qadınlara Çatdırmaq İstədikləri 15 Sadə Həqiqət

Hər bir kişi razılaşacaq ki, qadınları başa düşmək olduqca çətindir. Qadınlar hərdən özlərinin də nə istədiklərini anlamırlar. Bugün bu məqalədə kişilərin qadınlara çatdırmaq istədikləri 15 sadə həqiqətdən söz açılacaq.

1. Kişilər qadınları istədikləri kimi anlamırlar. Lakin qadınların fikirləşdiyindən daha çox anlayırlar.

2. Kişilər üçün özlərini yaxşı hiss elədikləri qadınla ayrılmaq çətindir. Lakin keçmişdə yaxşı zaman keçirtdikləri qadınları da asan unutmurlar.

3. Hər bir kişi üçün qadının əlçatan olması vacibdir. Əgər həmin qadın yalnız bir kişi üçün əlçatandırsa.

4. Kişilərin qadınlardan qorxduğunu düşünmək yanlışdır. Qadınlara zəif kişilər zidd olduğu kimi, normal kişiyə də amiranə qadınlar ziddir. İki güc bir-biri ilə yola gedə bilmədikləri üçün normaldır ki, əks güclər daha çox bir araya gəlirlər.

5. Kişini gücsüz biri adlandırmaq olmaz. Əgər kişi bir qadının simpatiyasını qazanmırsa demək ki, qadın onun xoşuna gəlmir və qadını istəmir.

6. Əgər kişi görüşdə mənasız şeylərdən danışırsa, onu həyacanına görə baxışlamaq lazımdır.

7. Xidmət personalı ilə kobud danışan qadınlar kişilərdə özlərinə qarşı nifrət və iyrənmə yaradırlar.

8. Əksər hallarda məhz kişilər nəyi necə etmək lazım olduğunu daha yaxşı bilirlər. Qadınlar istədikləri qədər inkar etsinlər.

9. Kişilər qadınların nazını çəkməyə və kaprizlərinə dayanmağa hazırdırlar. Kişilər sadəcə qadınların eqoizminin hansı həddə qədər gəlib çatacağını sınayırlar.

10. Kişidən “göydən ulduz” istəyib qarşılığında bir xoş söz demədikdə, kişi oturub hesablayacaq ki, dünyada daha da gözəl, ağıllı və ona hörmət edəcək 3 mlrd qadın yaşayır.

11. Qadının kök olmasını hər bir kişi çatışmamazlıq hesab etmir. İllər keçir və bu problem daha da aradan qalxır. Lakin qadın “şuuru” düzəlmir.

12. Qadınların fikrincə onları restorana, gəzməyə aparan, xoş sözlər deyən kişilər sevirlər. Lakin unudurlar ki, kişilər də qadının onun nə qədər sevdiyini öz meyarlarına görə ölçüllər.

13. Bir çox kişilər yeri gələndə paltar da yuyur, ütləyir, yemək bişirir. Buna görə ifrit qadınlara dözməyin mənası yoxdur.

14. Kişilər də çox vaxt qadını pərt eləməmək üçün süni gülüşlərə əl atırlar. Lakin belə gülüşlərə səbəb olan qadınlar tək qalmaqdan qorxmalıdırlar.

15. Həqiqətən sevən kişi heç bir zaman tüklənmiş ayaqlara, alınmamış qaşlara, ağarmış saçlara və sair bu kimi hallara fikir vermir.

 

 

ŞƏRH YAZIN