Sevgi haqqında bilmədiyiniz 18 fakt

0
9777
Sevgi haqqında bilmədiyiniz 18 fakt

1.Hər nə qədər özümüzü dünyadakı ən sadiq varlıqlar kimi görsəkdə heyvanlar arasında da bir birinə sadiq cütlər var.

2. Bir adamı bəyənib beyənmədiyimizə 4 dəqiqə ərzində qərar veririk. Psixoloji araşdırmalar göstərir ki, nə dediyinizdən çox, səsinizin tonu, duruşunuz və bədən diliniz çox daha əhəmiyyətlidir. 

3. Bir psixoloji araşdırma göstərir ki, bir-birlərinə aşiq olan cütlər, bir-birinin gözlərinə ən az 3 dəqiqə baxdıqda, ürək döyüntüləri sinxronizasiya olur. 

4. Aşiq olmağın kokain istifadəsinə bənzər təsiri var. Araşdırmalar göstərir ki, birini sevəndə beyinin 12 bölgəsində həddindən artıq xoşbəxtlik hormonları ifraz olunur.

5. Sevdiyimiz biri ilə qucaqlaşmaq bədənimizə təbii ağrıkəsici təsirini bağışlayır. Hətta araşdırmaçılar, ağrıdığımız zaman dərman qəbul etmədən əvvəl sevdiyimiz birinə sarılmağı təklif edir. 

6. Sevdiyimiz adamın yalnız fotoşəkilinə baxmaq belə, ağrılarımızı azaldır. 

7. Psixologiya və ictimai sahələrdəki araşdırmalar göstərir ki, insanların romantik əlaqələrində seçdiyi insanlarda ümumiyyətlə müəyyən bir oxşarlıq var. Yəni insanlar yalnız özünə bənzəyən birini deyil eyni zamanda öz sosial bacarıqlarına uyğun partneri seçirlər. 

8. Xasiyyət cəhətdən bir-birinə çox bənzəyən cütlər uzun müddət münasibətdə ola bilmirlər. İnsanlar bir-birinə zidd xasiyyətdə olduqda daha uzun ömürlü münasibətlərin əsası qoyulur. 

9. Araşdırmalar göstərir ki, ayrılıq və boşanma kimi sıx və travmatize edici hadisələr ürəyə ciddi şəkildə təsir edir. Xüsusilə qadınlar daha həssas olduğu üçün fəsadları da böyük olur. 

10. Romantik münasibətlər çox vaxt ayrılıqla nəticələnir.

11. Araşdırmalar göstərir ki, bir adam aşiq olduğunda ilk mərhələdə bədənindəki serotinin səviyyəsi aşağı, kortizolun səviyyəsi isə yüksək olur. Bu səbəbdən cütlüklər dəyişkən ruh halında olurlar.

12. Sevgi və cinsi əlaqə haqqında düşünmək, yaradıcılığa və yaddaşa müsbət təsir edir.

13. Sadiqlik və Səmimiyyət sevgini möhkəmləndirir.

14.Uzun müddətli əlaqələrdə xarici görünüş xüsusi rol oynayır.

15. Sevdiyiniz insanlara qarşı hiss etdiyiniz minnətdarlıq, dərhal xoşbəxtliyinizi artırır.

16. Aşiq olanda adrenalin hormonu yüksəlir ona görə də qarnınızda qəribə bir ağrı olur. 

17. Gözlərinizdəki sevinc sizi daha cazibədar göstərir. 

18. Araşdırmalar göstərir ki həyatınızda sevginin olması həqiqətən çox əhəmiyyətlidir. Odur ki, çalışın hər zaman sevdiklərinizin yanında olun.

 

ŞƏRH YAZIN