10 İldə Dünya Brendi Olmaq Boş Səbəblərdən Deyilmiş

 10 İldə Dünya Brendi Olmaq Boş Səbəblərdən Deyilmiş

1.Rahat işləmək saatları və evdə işləyə biləcəyiniz günlər.
 
2.Rahat geyim, çox vacib vaxtlar xaricində şort geyinmək.
 
3.Dostca, bölüşərək işləyə biləcəkləri maraqlı, sərbəst, azad, şən fiziki mühit, düzgün psixoloji atmosfer. Google’ un, Facebook’ un iş məkanlarını insanlar uzun müddət zarafat hesab etmişdi. Deməli, 10 ildə dünya brendi olmaq heç də boş səbəblərdən deyilmiş.
 
4.Texnoloji imkanlar (Notebook, iPhone, BB, iPad, sosial şəbəkələrə giriş imkanı və.s)
 
5.Fərdi bacarıqlarını istifadə edə biləcəyin, göstərə biləcəyin, kəşf edilə biləcəyin, uyğun layihələr seçə bilmə imkanı.
 
6.Ehtiyaclara uyğun, fərdi təhsil, təhsil seçə bilmə imkanı. Seminarlara, mühazirələrə insanların çoxu qarşıdır. Bunun üçün internet üzərindən seminarlar verilir.
 
7.Ödəniş və bütün qazanc paketinin işçiyə birlikdə verilməsi, maaşla bərabər əlavə haqqların verilməsi. Yəni, sən işçinin maaşı ilə bərabər onun ailə büdcəsinə də yardım edirsən. Necə? Məsələn Pfizer, əlavə haqq paketini 2011-ci ildən dəyişdirdi. Deyək ki, həm yoldaşına, həm də sənə işdə sağlamlıq sığortası verilirsə, onun yerinə sənin başqa bir paket seçmə haqqın var.
 
8.Yenə Pfizerdən bir nümunə verək: “Bring a Buddy” adlanan şirkətdaxili siyasət. İşçilər yaxın dostlarına şirkəti məsləhət görürlər, əgər işləməyə başlayarsa, mükafat və dostları ilə birlikdə işləmək imkanı qazanırlar.
 
9.İnsanları sosiallaşdıran klublar və yaxud dərnəklər: maraq dairələri eyni olan işçilərin hobbilərini reallaşdırması üçün yaradılır və birlikdə ortaq məqsəd naminə işləmək, əylənmək inanılmaz motivasiya yaradır. Buna nümünə kimi Pfizer və Yeşim tekstili vermək olar.
 
10.Bir fikrim var tətbiqləri; Bu fikirlərin ciddiyə alınıb, cavablandırılması. İşçilərin fikirlərini rahatlıqla müzakirəyə qoya biləcəkləri mühitlər. Yenə Pfizerdəki tətbiq uğurlu hesab edilir.
 
11.Kompas: Vakansiyaya görə deyil, şirkətə görə işçi seçildiyinin altından qalın xətt çəkən, işçilərinin bacarıqlarını və kariyera hədəfləri istiqamətində fərqli mövqeyə keçməsini və fərqli işlərdə rol almasına imkan yaradan, sponsorluq edən rəhbərlər dəstəyində idarə edilən proqramlar. Ölkə içində və ölkədən kənar layihə komandalarında işləmək imkanı. Qısa müddətli işlərlə ölkə xaricində işləmə imkanı. Məsələn: Pfizer.
 
12.Sosial məsuliyyət layihələri ( cəmiyyətdəki problemləri və həlli yollarını əks etdirən layihələr) çərçivəsində dünyanın müxtəlif bölgələrində 4-6 ay müddətində Qeyri Hökümət Təşkilatlarında işləmək imkanları. Nümunə Pfizer
 
13.Onlayn öyrənmə portalları və işçilərin kariyera, həyata dair planlarına dəstək verəcək məsləhətçi, mentor dəstəkləri. Yalnız fərdi məsləhətçilərin firma içindən mentor vəzifəsinə keçməsinə çox da yaxşı baxılmır. Bu heç də istənilən keyfiyyəti də vermir.
 
14.İşçilərin bir-birinə verdiyi mükafatlar. Google-da tətbiq olunur. Dünyanın hər hansı bir yerindən bir işçi həll edə bilmədiyi bir problemi yazır və sən ona yardımçı olursan. Bunun müqabilində o sənə pul mükafatı göndərir.
 
15.Hər kəsin içində təşəkkür. Bu google-da tətbiq olunur və həqiqətən də insanlara çox yüksək motivasiya verir. Deyək ki, bir işçinin hər hansı fikri, köməyi hər hanısa layihənin uğurunda xeyli önəmli oldu. Belə olduqda rəhbər vəzifədə çalışan şəxs onu hər kəsin qarşısında təbrik etməsi və bu təşəkkürün səbəblərini söyləməsi işçiləri çox yüksək motivasiya edər.
 
 
Tərcümə etdi: Sarah Nəcəf
 

ŞƏRH YAZIN