İş yerində motivasiyanızı artıracaq 10 sitat

0
3585
 İş yerində motivasiyanızı artıracaq 10 sitat

İş necə gedir? Diqqətinizi toplayıb işləyə bilirsiniz yoxsa motivasiyanızı artırmaq üçün mübarizə aparırsınız? Elə isə motivasiyanızı artırın, məqsədli olun, çox çalışın və hər zaman bunları etməyə davam edin. Aşağıda sizi cəsarətləndirəcək və motivasiyanızı artıracaq bir neçə sitat var:

1. “Mükəmməlliyə çata bilmərik, amma onun ardınca getsək ən azından daha yaxşı ola bilərik.” – Vins Lombardi
 
2. “Mən həmişə bacara biləcəyim mövzusunda tərəddüdlü olduğum addımları atırdım. Düşünürdüm ki, insan belə böyüyür. Bir şeyi edə biləcəyinizə əmin olmadığınız anlarda, tərəddüd etmədən həmin işə başlasanız uğuru olacaqsınız.” - Marissa Mayer
 
3. “Bacara bilmədiklərinizin bacara bildiklərinizə mane olmasına icazə verməyin.” – Con Vuden
 
4. “Saatı izləməyin, onun etdiyini təkrarlayın. Davam edin.” – Sam Levenson
 
5. “Bu gün nə etdiyin gələcəyini müəyyənləşdirir.” – Mahatma Qandi
 
6. “Müvəffəqiyyət hər gün təkrarlanan kiçik cəhdlərdən ibarətdir.” – Robert Kollier
 
7. “İrəliləməyin sirri başlamaqdır.” – Mark Tven
 
8. “Mən işi yerinə yetirmənin nə qədər vacib olduğuna heyrətləndim. Bilmək kifayət deyil, tətbiq etməlisən. Həvəsli olmaq kifayət deyil, həyata keçiməlisən.” – Leonardo da Vinçi
 
9. “Sən özün çalışmayana qədər, heç nə alınmayacaq.” - Maya Anjelu
 
10. “Kim olmaq istəyirsənsə hər zaman onun üçün çalış. Heç vact gec deyil” - Corc Eliot
 
Tərcümə etdi: Elmira Cahangirli
 

ŞƏRH YAZIN