Robin Roberts hazırda dünyanın ehtiyac duyduğu 13 məsələni xatırladır

0
3019
 Robin Roberts hazırda dünyanın ehtiyac duyduğu 13 məsələni xatırladır

Bu sadə lakin bir o qədər də təsirli sözlər hər kəsə ümidli, hörmətli və yaxşı insan olmağı öyrədəcək.

Dözümlü olma, qəbul et
Kimsə “Tolerans” dedikdə bu çox yaxşı bir şeymiş kimi görünür, “Deməli, mən yaxşı insanam. Niyə? Çünki sənə dözürəm”. Gəlin bu sözü “qəbul” olaraq dəyişdirək. Mənə dözmə, məni bu şəkildə qəbul et. Biz fərqliyik bunu qəbul et. Bir sıra bənzərliklərimizin olduğunu da qəbul et.
 
“Qızıl qayda”nı yenidən düşün
Qədim bir məsəldə deyildiyi kimi, “Səninlə necə davranılmağını istəyirsinsə, insanlarla elə rəftar et. Gəlin təkcə özümüzü düşünməyək.
 
Optimizm ən güclü “əzələ”dir
Mən bunu dəfələrlə demişəm və yenə deyəcəm: Optimizm əzələdir. İstifadə etdikcə daha da güclənir. Optimist olma vərdişinə yiyələn. Əgər göylə yer yer dəyişdirməsə, il ərzində proqnozlaşdırdığın hər şeyi edəcəksən, sadəcə bərk yapış.
 
Ümidini itirmə
“Sabahın xeyir, Amerika” proqramında biz nələr baş verdiyi ilə bağlı geniş məlumat verməliyik, mən ölkədəki və dünyadakı bölünmələr haqqında çox danışıram. Lakin bütün hekayə bununla məhdudlaşmır. Dünyanın ən gözəl yerlərini araşdırarkən həmişə öz timsalımda bayrağımı sallayıb deyirəm ki, “Ümidinizi itirməyin, insanlar! Oralarda çox xoşxasiyyət və düşüncəli insanlar var”.
 
Çətinliklər insanlar arasında ayrı-seçkilik etmir
Bəzi insanlar çətinliklərə qarşı immunitet qazandıqlarını düşünürlər, buna görə də elə başa düşürlər ki, çoxlu möhtəşəm həyatlar var. – Xeyir. Çətin anlar hər birimizi tapır. Bizim heç birimiz sevdiklərimizin, işimizin, sağlamlığımızın, evliliyimizin, hansısa bədən üzvümüzün itkisindən sığortalanmamışıq. Bu bir tragediya deyil. Böyüdükcə öyrənməyin daşını atmaq - əsl tragediya budur.
 
“Gözəl” sadəcə 5 hərflik bir söz deyil
Mən hər bir insanın kiçik bir toxum olacağına və nələri isə dayişdirəcəyinə inanıram. Hamı bilməlidir ki, gözəl sadəcə 5 hərflik söz və ya xarici görüntü deyil. Gözəl zəif və ya zərif olan deyil, pozitiv əlaqələr qurandır.
 
Bölünmələrdən çox əlaqələr qurmağa fikir verin
Düşündüyümüzdən daha çox ortaq nöqtəmiz var. Bizim hər birimizlə yola getmək olar. Amerika kimi ölkə bir əritmə maşınından fərqsizdir. Lakin təəssüf ki, biz getdikcə insanları birləşdirən qədim irsimizdən uzaqlaşırıq.
 
Münasibətlərdə inama üstünlük verin
Mənim tamaşaçılarım bilir ki, mən onlara inanıram, bilirlər ki, onlara qeyri-dəqiq informasiya verməyəcəyəm. Onların qənaətə gəldiyi nəticələrlə razılaşmaya bilərəm.  Lakin heç vaxt onlara nə qədər çox güvəndiyim haqqında düşünmürəm. Və onlar dəfələrlə “Sən bizə inanırsan, eyni bizim sənə inandığımız kimi” sözlərini deyirlər. Həmrəylik çox vacibdir və bütün məqamlar bundan qaynaqlanır.
 
Yaşamaq uğurdan daha böyükdür.
Mən qələbələri sevirəm! Lakin çox şey öyrəndim və mən çətinliklər çəkdiyimə görə daha zəngin və daha dərin bir insanam. İstədim, axtardım və sahib olmadım, lakin istəklərimə sərf etdiyim vaxtdan məmnunam.
 
Biz hər birimiz seçilmək istəyirik
Mən düşünürəm ki, hamımız sadəcə əllərimizi yuxarı qaldırıb “Mənim fərqimə varın” demək istəyirik. İstər Nyu-York olsun, istərsə də Timbuktu şəhəri sən sadəcə seçilmək istəyirsən. Kiməsə və ya nəyəsə bağlı hiss etmək istəyirsən.
 
Ümidlər universaldır
Gözləntilər həyatımızın hər anındadır, təsəvvür edə biləcəyin ən kiçik və ən böyük yerlərdə belə vardır.
 
Dəyişim üçün başlanğıc nöqtəsi özün ol
Ailələr mənə deyəcək ki, “Sənin yaşadığın mühitdə hamı bir-birinə kömək edir, gözəl nümunələrin var. Lakin mənim elə ətrafım yoxdur”. Və mən elə o anda deyirəm ki, “Siz niyə özünüzdən, ailənizdən başlamırsız? Sən əgər gələcək üçün başlanğıc nöqtəsi olsan sənin ailə fərdlərin də ardından yol izləyəcək. “Xatırla, bu həyat bizdən başlamadımı? Biz hər şeyi edə bilərik”.
 
Qayğıkeşlik qazanır
Biz – insanlar qayğıya acıq. Düşüncəlilik, şəfqət dolu davranışlar üçün həsrət çəkmək sizə bir toplum olaraq doğru yolda olduğunuzu göstərir. Sonunda hər zaman qayğıkeçlik qazanır. Bu həmişə belədir, belə olacaq.
 
 
 
Tərcümə etdi :Xədicə Mehdizadə

ŞƏRH YAZIN