Beyninizə Yeni Nəfəs Qatın

0
3124
Beyninizə Yeni Nəfəs Qatın

İnsanların ən böyük problemi tətildən sonra işə, məişət qayğılarına, ümumiyyətlə həyatın özünə adaptə olmaqdır. Tətil tənbəlliyi üstünüzdə qalıbsa, hərəkət etməkdə, harasa çatdırmaqda həvəssiz, gücsüz hiss edə bilərsiniz. Əgər bu ruh halından çıxa bilməsəniz, o zaman depressiyaya düşə bilərsiniz. 

Üstəlik Bakıda çox vaxt yağış yağır, hava tutqun keçirdi. Belə bir havada pərdələri çəkmək, ofisin pəncərəsindən çölə baxmamaq üçün dirənmək, həftə sonu evdən bayıra çıxmamaq kimi bir istəyiniz olur. Və ən önəmlisi isə bu vəziyyət sizin indiki həyatınızı yaşamağınıza mane olur. 

Nə etməlisiniz? 

1)Sabah səhər üzünüzü yuyarkən, makiyaj edərkən, üzünüzü qırxanda, dişinizi fırçalayanda istifadə etdiyiniz güzgüyə “GÜLÜMSƏ!” sözünün yazıldığı kağız yapışdırın. 

2)Tətil bitdi! Bir kənara çəkilmək, əvvəlki monoton həyatınıza geri dönmək yerinə nəsə dəyişiklik etməlisiniz. 

3)İşdən evə qaçmayın. Bir dostunuzla görüşün. Əgər evlisinizsə, ailənizlə harasa çıxın. Hava proqnozları doğrudursa, o zaman açıq havada olmağın tam vaxtıdır.

4)Tıxacdan şikayətiniz varsa, o zaman səhər bir az tez, axşam bir az gec yola çıxın. Daha az yorulsanız, enerjinizdən uzun müddət istiifadə edə bilərsiniz. Həm ofisdə və ya parkda oturub nəsə oxumaq  necə də gözəldir.

5)Evə çox yorğun qayıtdığınız üçün görəcəyiniz işləri görə bilmirsinizsə, öncəliklə ilıq su ilə duş qəbul edin, 30-45 dəqiqə yatsanız zehniniz daha yaxşı istirahət etmiş olar. Ac olduqda yüngül bir şeylər yeyə bilərsiniz. Məsələn bir az meyvə, yoqurt, çərəz, salat və ya tərəvəz yeməyiniz  məsləhətdir.

6)Əgər ürəyiniz sıxılırsa, hələ bir də yağış yağırsa halınız pisləşirsə... Küçəyə çıxın və yaxud yağışın ətrini ciyərlərinizə çəkin. Canlanacaqsız, sanki torpaq kimi. Hətta sakitləşəndə gəzintiyə çıxın.

Depressiyadan, sıxıntıdan, bezginlikdən çıxmaq üçün bir az cəhd etmək, bir az təbəssüm, isti çay və ləzzətli söhbət... yetərli olacaq. 

Siz sadəcə özünüzü yaxşı hiss edib etmədiyinizdən əmin olun. Və unutmayın, əlinizdə olanlar yerinə olmayanlara adaptə olsanız, hüzur da, xoşbəxtlik də çox uzaqda bir yerlərdə, təxirə salınmış olar. 

 

Tərcümə etdi: Sarah Nəcəf

 

ŞƏRH YAZIN