Bu Həyatda Nələr Öyrəndik Nələr

0
3521
Bu Həyatda Nələr Öyrəndik Nələr

İnsan hər yaşda bir şeylər öyrənir...

Jackson Bronwn'ın "  Bu Həyatda  Nələr Öyrəndik Nələr  " adlı kitabından oxuyaq bəzilərini...

 
Yaş 13 : Özümü  sevindirmək  istədiyim vaxt  ən yaxşı  yolun  başqa birini  sevindirməyə  çalışmaq  olduğunu  öyrəndim .        
 
Yaş 24  : Bir uşağın  evlilik  problemlərini  həll edə bilmiyəcəyini  öyrəndim.
 
Yaş 29 : Bir  söhbəti  xoşluqla  həll etmədən  çarpayıya  gedilməməsi  lazım olduğunu  öyrəndim.
 
Yaş 31: İnsanın  özündən  daha problemli  biri ilə evlənməməyinin  vacibliyini  öyrəndim.
 
Yaş 35: İş yerində romantik münasibətlər axtarılmamağının   lazım olduğunu öyrəndim. 
 
Yaş 49: İşçilərimizlə yaxşı  davrandığımızda, onların  da müştəriyə  yaxşı  davrandıqlarını  öyrəndim.
 
Yaş 53: Bir  yığıncaqda  ağıl  ya da  söhbətimi göstərmək  mövzusunda  seçim  etmək  lazım olduğunda  söhbəti  seçməyimin  daha yaxşı  olacağını  öyrəndim. 
 
Yaş 66:  İnsanlarla  yaxşı davranmağın  heç bir  mahiyyəti  olmadığını  öyrəndim.  
 
Yaş 67:  Həqiqətən  yaşamağa  başlamaq  üçün  təqaüdçülük  gözlənilirsə , çox uzun  bir  vaxt  gözlənilmiş  olacağını öyrəndim.
 
Yaş 70:  Yaxşı qəlbli  olmağın  mükəmməl  olmaqdan  daha vacib  olduğunu öyrəndim. 
 
Yaş 77:  Bir donuza və bir uşağa  istədikləri hər şeyi   versəniz  axırda  çox yaxşı bir  donuzunuz və çox pis bir uşağınızın  olduğunu görəcəksiniz.
 
Yaş 95:  Kimlə  evlənəcəyinin  qərarının  həyatda  verilən ən vacib  bir qərar olduğunu  öyrəndim.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN