Bütün Zamanların Ən Gözəl Qadınından Məsləhətlər!

0
11823
Bütün Zamanların Ən Gözəl Qadınından Məsləhətlər!

Unikal insan, aristokrat,xarici görünüş, iti zəka, səmimiyyət və münasibətlərdə sərbəstlik- bütün bunlar eyni insanda bir araya gəlmişdi. Odri Hepberndən danışacağıq. Sadaladığımız bütün xüsusiyyətləri, onun gözəlliyi ilə qəribə bir ahəngdarlıq yaradırdı. Kişilər onu görəndə dilləri tutulurdu, sanki ona yaxınlaşmağa və toxunmağa belə çəkinirdilər. Sanki bir mələk idi, uçub gedərdi toxunsalar...
 
Bir populyar qadın jurnalı onu bütün zamanların və bütün xalqların ən gözəl qadını adlandırmışdı. Məncə bu fikir səhv deyildi. Əksinə, hələ az idi onun haqda deyilənlər - o həm də çox ağıllı qadın idi. Odri ağıllı və məşhur kəlamları ilə yaddaşlarda qalıb. Kimlərsə deyir ki, gözəllik və ağıl o qədər də uyğunlaşmır. Odri bunu tamamilə təkzib etdi.
 
Gözəlliyin isə, daxildən gəldiyinə inanırdı. Gözəlliklə bağlı 10 sirri isə bunlardır:
1.Dodaqlarınızın gözəl olmasını istəyirsinizsə, həmişə xeyir sozlər danışın.
2.Gözlərinizin gözəl olmasını istəyirsinizsə, ordan ancaq yaxşılıq əks olunmalıdır.Gözəl görməyi bacarın.
3.Fiquranın qamətli və gözəl olmasını istəyirsinizsə, yeməyinizi ac olanlarla bölüşün.
4.Saçlarınızın gözəl olmasını istəyirsinizsə, icazə verin balaca uşaq gündə bir neçə dəfə onunla oynasın, sığallasın.
5.İnamlı olmaq istəyirsinizsə, həmişə fikirləşin ki, siz tək deyilsiniz.
6.İnsanlar həmişə başa düşülməyə, dəyişməyə, yenilənməyə, bağışlanmağa, həvəslənməyə ehtiyac duyur. Heç vaxt heç kimi atmayın!
7.Sənə nə vaxtsa kömək əli lazım olarsa, o həmişə səninlədir - bu sənin öz əlindir unutma. Böyüyəndə başa düşəcəksən ki, sənin iki əlin var və onlar nə üçündür; biri sənin özünə kömək etmək üçün, o biri başqalarına kömək etmək üçün.
8.Qadının gözəlliyi onun geyimində, fiqurasında və ya saç düzümündə deyil. O, gözlərinin parıltısındadır. Axı gözlər qəlbin qapısıdır,o qəlbin ki orda sevgi yaşayır.
9.Qadının gözəlliyi onun xarici görünüşündə deyil, əsl gözəllik qəlblərdə əks olunur. Bu qayğıdır - hansı ki, qadın hamıya sevgi ilə qayğı göstərir. Bu ehtirasdır, daxilindən qaynaqlanan.. Sevgi və yaşamaq ehtirası..
10.Qadının gözəlliyi onun yaşı ilə birlikdə artır.
 
O həqiqətən də, böyük uğura malik idi. Sanki sehrbaz idi. Kiminlə yaxınlaşırdısa, o məşhurlaşır və varlanırdı. Onun geyimlərini hazırlayan dərzinin bir film üçün tikdiyi paltar, auksionda 1 milyon dollar qiymətlə satılmışdı.
Son illər mətbuatda və filmlərdə az görünsə də, bu onu narahat etmirdi. Saysız-hesabsız  çəkilişlərdən imtina edən aktrisa deyirdi:
-Məni sevənlər belə də xatırlayacaqlar. Sevməyənlər isə, unutsa da olar.
-Həyatda ən vacib nəyi hesab edirsiniz?
-Sevgi və qorxu!
-Niyə görə qorxu?
-Çünki insan nəyi hər şeydən çox sevirsə... hər şeydən çox da onu
itirməkdən qorxur.
 
Bu qorxu, ürkəklik onun gözlərinda açıq - aşkar hiss olunur. Ona xüsusi bir gözəllik verməklə bərabər, həm də hüznlü göstərir.
Bəlkə də, çətin keçən müharibə illərindən yadigardır, bəlkə də, xoş keçməyən uşaqlığından bir xatirədir, gözlərindəki o qorxu.
Həkim ona xərçəng diaqnozu qoyan zaman onun 63 yaşı vardı.Bu diaqnozdan sonra 3 aydan çox yaşamadı. Onu son mənzilə yola salanlar milyonlarla olsa da, əsas 6 kişi qəbrinin yanında dayanmışdı. Həyatının 6 dəyərli insanları; oğulları, keçmiş həyat yoldaşları və sevimli dərzisi.Son mənzilə yola salanlar isə, milyonlarla idi...onu sevənlər milyonlarla idi!
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN