Cim Ronun Motivasiya Verici 15 Sitatı

0
5309
Cim Ronun Motivasiya Verici 15 Sitatı

40 ildən çoxdur ki, Cim Ron dünyadakı bütün insanlara həyat strategiyası formalaşdırmaları üçün yardım edir. Beləliklə bu insanların həyatda hər şeyin mümkün ola bilməsi barəsindəki təxəyyülləri artmışdır. Cim Ronun sitatlarının sizdə müsbət dəyişikliklər yaradacağını və hər zaman müvəffəqiyyətli olmanıza kömək edəcəyini ümid edirik.

 
1. “ Mən həmişə “hər şey dəyişir” deyərdim. Daha sonra anladım ki, hər şeyin dəyişməsinin tək yolu əvvəlcə özümün dəyişməsidir.”
2.  “Həyatını dəyişməyin ən yaxşı yolu beynində müəyyənləşdirdiyin və etməli olduğunu düşündüyün şeyləri etməkdir.”
3. “İnsandan başqa hər bir varlıq həyatında ən son həddə nail olmağa çalışır. Ağac nə qədər böyüyür? Təbii ki böyüyə biləcəyi qədər. Bununla yanaşı, insanlara seçim etmək nəcibliyi verilmişdir: İstəsəniz əlinizdən gələni edə, ya da heç bir şey etməyə bilərsiniz. Niyə də sərhədləri aşıb nələri bacara bildiyinizi görməyəsiniz?”
4. “İnsanoğlunun qeyri-adi bir xüsusiyyəti var: Heç nədən möhtəşəmliklər yaradır. Onlar toxumları baxçaya, qəpik-quruşu sərvətə çevirə bilir.”
5. “Yaşamaq üçün təhsil kifayətdir amma müvəffəqiyyətli olmaq istəyirsənsə həmdə öz üzərində işləməlisən.” 
6. “Keçmiçə bax, təcrübə qazan və gələcəyə tətbiq et.”
7. “Xəyal qırıqlığını necə füsunkarlığa çevirməyi öyrən. Beləliklə, həyatdan bezməyi yox, ondan zövq almağı öyrənəcəksən.”
8. “Müvəffəqiyyət hər gün tətbiq edilən bir neçə sadə intizam qaydasından ibarət olduğu halda, uğursuzluq sadəcə qərarlarımızdakı hər gün təkrarlanan səhvlərdən ibarətdir. Qərarlarımız və intizamımız bizi ya müvəffəqiyyətə ya da uğursuzluğa aparır. 
9. Hamımızın iki seçimi var: Ya həyatımızı qazanacayıq, ya da onu yaradacayıq.”
10. Bildiyimiz hər şeyi tətbiq etməliyik ki, istədiyimiz hər şeyi əldə edək.”
11. “Heç kimin düşüncəsinə ortaq olma, dünyaya baxışını özün formalaşdır ki,  təkraredilməz və xüsusi yerlərə çata biləsən.”
12. “Şəxsi məsuliyyətinizi öz üzərinizə alın. Bəlkə şərtləri, fəsilləri və ya küləyi dəyişə bilməzsiniz amma özünüzü dəyişə bilərsiniz. Sizin öhdəliyinizdə nəhəng ulduzlar deyil, oxuduqlarınız, qazandığınız yeni bacarıqlar və öyrəndiyiniz dərslərdir.”
13. “Əgər həyatınızın planını özünüz qurmursunuzsa, o zaman yəqin ki, başqa birinin planına daxil olacaqsınız. Bəs o planda sizin yeriniz nə olacaq? Heç nə.”
14. “Kişi deyir: “Mən bu dağa dırmaşacam. Mənə dedilər ki, bu dağ çox hündür, çox uzaq, sıldırımlı, daşlı-qayalı dağdır və çıxılması çətindir. Amma bu mənim dağımdır. Mən dırmaşacam. Tezliklə ya yuxarıdan əl salladığımı ya da dırmaşmağa cəhd edərkən öldüyümü görəcəksiniz.”
15. “Uğur sahib olduqlarımızdan daha çox kim olduğumuzla əlaqəlidir.”
 
Tərcümə etdi : Elmira Cahangirli

ŞƏRH YAZIN