Dünyaya Səs Salan İnqilabçıdan Yaddaqalan Sözlər!

0
24494
Dünyaya Səs Salan İnqilabçıdan Yaddaqalan Sözlər!

Ona “Çe” təxəllüsü Kuba partizanları tərəfindən verildi. "Çe" argentinalıların xarakterik çağırış formasıdı— “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı. Əfsanə inqilabçıdan ən yaddaqalan sözləri sizə təqdim edirik:
 
Dik dur və gülümsə. Qoy niyə güldüyün onları maraqlandırsın?!
Nə qədər fərqli olursa olsun,sənə aid olmayanı istəmə və nə qədər sadə olursa olsun,sənə aid olandan üz çevirmə.
Arxamdan danışmağa davam et. Çünki qarşıma çıxacaq qədər böyük deyilsən.
Ayaqqabılarımın altı deşik idi, amma üstü hər zaman boyalıydı.
Bura məni öldürməyə gəldiyini bilirəm. Vur qorxaq, onsuz da yalnızca bir adam ödürəcəksən (ölümündən öncə qatilinə).
Futbol— çevrilişin silahıdır.Bəlkə də heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi.
Elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin.
Bir şeyi etməkçün onu çox sevməlisiniz. Bir şeyi çox sevməkçün ona dəlicəsinə inanmalısınız.
Məğlub olduğun tək döyüş—döyüşməkdən imtina etdiyindir.
Ölüm səni aldatmasın. Yaşayanları düşün və alnını qorxusuzca qaldır və düşün ki, kimin yanındasan, hardasan və ən çətin anındakı silahın nədir.
Mən sadəcə Ernesto idim. Sizdə sadəcə biri kimi var olursunuz. "Çe" olmağı özüm istədim, inansaz siz də olarsınız.
Gerçəkçi olaq, imkansızları istəyək.
Bir yalan hansı səbəbdən deyilmiş olsa da, ən pis gerçəkdən daha çirkindir.
Uduzmaqdan qorxma, nəyisə qazanmaq üçün nəyisə itirməlisən. Unutma! Uduzanda deyil, geri çəkiləndə məğlub olursan.
Döyüşən məğlub ola bilər, döyüşməyənsə çoxdan məğlubdur.
Ən önəmlisi dünyanın harasında olursa olsun,istənilən haqsızlığı
özünüzə qarşı edilmiş haqsızlıq kimi qəbul etməyinizi qorumağı bacarmaqdır. Bu bir inqilabçının ən önəmli özəlliyidir.
Dizlərim üstə yaşamaqdansa, ayaqlarım üstə ölməyi seçərəm.
Bir inqilabçı başqasına vurulan şilləni öz üzündə hiss edəndir.
Düşmənin yoxdusa, həyatda heç müvəffəqiyyətin yoxdur deməkdir.
Yaxşılıq etməyə davam et, qarşındakı layiq olmasa da sən buna layiqsən.
Əgər hər haqsızlıq qarşısında əsirsizsə,mənim yoldaşımsınız.
Həyatda daima doğruları müdafiə et!Təqdir edən olmasa da, vicdanına cavab verməkdən qurtulacaqsan!  
 
 
 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN