Gözləntin Az Olarsa, Surpriz Çox Olar ...

0
1519
Gözləntin Az Olarsa, Surpriz Çox Olar ...

Evinizdən,ağlınızdan,həyatınızdan artıqları atmağı unutmayın!
Həyatda ən yaxşı müəllim - təcrübədir.Həyatı mükəmməl başa salar,amma çox şey alar.
İşləriniz pis gedəndə - onlarla getməyin.
Əgər səhvini düzəldə bilirsənsə,demək- sən hələ də səhv eləməmisən.
O adamlara təşəkkür edirəm ki,həyatıma daxil olub ona rəng qatıblar,o adamlara çox sağol deyirəm ki,həyatımdan çıxmaqla onu daha yaxşı ediblər.
Həmişə sənin işini bəyənməyən olacaq.Bu normaldır. 
Əgər kimsə sizi acılayırsa,dalaşır və küsürsə,ona qarşılıq mülayim və pozitiv olun.
Həyat səni öz axarına salana kimi sən həyatını qaydasına sal.
Nə qədər az gözləntin olsa,o qədər çox surprizlərlə qarşılaşarsan.
Özündə müsbət xüsusiyyətlər nə qədər çox olsa,başqalarının mənfisini o qədər az görərsən.
Cavanlığın resepti- sevinc gətirən hər şeyə sevin və hər axmağa görə əsəblərini pozma.
Bu gün ən yaxşı gündür!

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN