1989-cu ildə vaxtından tez doğulan Lizi Veləsqu dünyada yalnız iki adamda olan nadir bir xəstəlikdən əziyyət çəkir. O, nə qədər çalışsa da kökələ bilmir. Bu bir faktdır ki, o həyatı boyu 29 kq-dan çox olmayıb. O gözünün birindən əlildir. Digər gözündə isə görmə problemi var. Lizinin zəif immun sistemi var və dərisi yaşlı insanların dərisinə bənzəyir. Bu onun görünüşünün olduqca fərqli olmasına səbəb olub. Əslində bəziləri onu dünyanın ən çirkin qadını adlandırır. Ancaq heç nə həqiqətdən kənar olmur. Lizi digər normal uşaqlar kimi böyüyürdü, ancaq daima insanların onun xarici görünüşünə olan reaksiyası ilə maraqlanmalıydı. Həyat çox ağır idi, ancaq o valideynlərinin dəstəyi və daxili gücü sayəsində öz vəziyyəti ilə mübarizə apara bilirdi. Lakin 17 yaşında o təsadüfən youtubeda "dünyanın ən çirkin qadını" adlı bir video tapdı. Bu onun videosuydu və artıq 4 milyon dəfədən çox izlənilmişdi. Şərhlərin bəzilərində belə yazılmışdı:"Silahı götür və özünü öldür". Bu video onun bütün həyatını dəyişdi, amma siz təsəvvür etdiyiniz kimi yox.
Bu videoya görə o çox pis oldu və onun yerində olan hər kəs pis olardı. Ancaq bundan sonra o bir seçim etməli olduğunu anladı. O ya belə əzaba dözməliydi ya da bütün fikrini daxili dəyərinə yönəltməliydi. Lizi həyatının öz əllərində olduğunu başa düşdü.
Əlbəttə ki, Lizi xoşbəxtliyə və uğura gedən yolu seçdi. O bütün fikrini öz gücünə yönəltdi və özündə olan bütün yaxşı şeylərə şükür etmə hissini yaratdı. O kollecə getmək, təhsil almaq qərarına gəldi və bunu etdi. Motivasyon spiker olmaq istədi və buna da nail oldu.O həmçinin ailə qurmaq istəyir. O nəinki görünüşünün hər hansı bir məqsədinə çatmasına mane olmağına icazə vermir, həmçinin görünüşünə baxmayaraq əldə etdiyi uğurlarla digərlərini də ruhlandırmağa(motivasiya etməyə) çalışır.
Belə bir məsəl var:"Əgər həyat sənə limon verirsə ondan limonad düzəlt". Başqa sözlə desək, əlinizdəkinin dəyərini bilin. Həyatın nələr verəcəyi bizdən asılı deyil, amma onları necə idarə etmək tamamilə bizim əlimizdədi. Bəs sizə həyatınız hansı "limonları" verib? Bu vəziyyətdən necə çıxmısız?
Korrektə etdi: Salmanlı Ayna