İş Yerində Bizi Xoşbəxt Edən Nədir

0
1025
İş Yerində Bizi Xoşbəxt Edən Nədir

Bir adam tək başına otururdu ... Qəmə qərq olmuşdu. Bütün heyvanlar ona yaxınlaşıb belə dedilər. "Səni belə kədərli  görmək xoşumuza gəlmir. Nə istəyirsənsə onu gətirəcəyik. Adam:" Yaxşı görmək istəyirəm "-dedi. Kərkəz : "Mənim qabiliyyətimi ala bilərsən" dedi. Adam "güclü olmaq istəyirəm" dedi. Yaquar bunu dedi: "Mənim kimi güclü olacaqsan" dedi. Daha sonra adam: "Dünyanın sirrlərini öyrənmək istəyirəm" dedi.  İlan: "Sənə onları göstərəcəyəm" dedi. O biri heyvanlarla da bu belə davam etdi. Adam onların verdiyi bütün hədiyyələrə sahib olduqdan sonra oradan uzaqlaşdı ... Ondan sonra bayquş bütün heyvanlara bunu söylədi: "Adam artıq bir çox şeyi bilir və edə biləcək qabiliyyətdədir." Maral belə dedi: "Adam ehtiyac duyduğu hər şeyə sahib. İndi kədəri yox olacaq." Bayquş : "Xeyr" dedi. "Adamın içində bir dəlik gördüm. Heç vaxt doldurulmayacaq qədər dərin bir dəlik idi. Bu onu kədərli olmağa və istəməyə vadar edirdi .Almağa və toplamağa davam edecəkdir.Günün birində dünya bunu söyləyənə qədər: Tükəndim.Sənə verəcək bir şeyim qalmadı ... "(Apocalypto-2007)

Bu replikalar həmişə mənə çox təsir edir... Təəssüf ki, insan, çox vaxt əlindəkilərlə kifayətlənməyi bilmir və bədbəxt olacaq bir çox şey tapa bilir. Ta ki əlindəki dəyərləri bir gün itirənə qədər ... Bax o zaman qiymətini anlayır və nəticədə yenə bədbəxt olur ... İş həyatımızda da belə deyilmi? Yaxşı bizi bədbəxt edəcək çox şey tapa bilərik, heç bizi nələrin xoşbəxt etdiyini düşündünüzmü?
İş yerində bizi nələr xoşbəxt edir?
* Fərq yarada bilmək
* Güclü, yaxşı tərəflərimizdən  istifadə etmək,
* Qürur duya bilecəyimiz mövqelərdə işləmək,
* Yaxşı əlaqələr qurmaq, təqdir edilmək, təsdiqlənmək,
* Sevdiyiniz insanlarla işləmək,
* Sosial hüquqların verilməsi,
* Maddi varlıqlar (masa, texnoloji alətlər, ödəniş və s.)
Edilən araşdırmalarda, iş yerində xoşbəxtlik; daha məhsuldar işləməyi, daha yaxşı təqdimatlar edilməsini, daha keyfiyyətli xidmət verilməsini təmin edir.
Tək başına bunları təmin etmək təbii ki olmur. Filmlərin replikalarında olduğu kimi imkanlar təmin edildikcə, şərtlər yaxşılaşdıqca, işləyən xoşbəxt olmaq üçün daha çox şey istəyə bilir. Elə buna görə işçinin daxili motivasiyanın yüksək olması, bu vəziyyəti dəstəkləyir. Özünə təqdim edilən hüquqların dəyərini bilməsini və  sahib  olduqlarından həzz almasını təmin edir.
İşçilərin  xoşbəxtliyi ilə əlaqədar şirkət rəhbərliyinə çox şey düşür.
Çünki, bu motivasiya edici şeylərin bir çoxu,işçiyə  şirkət siyasətlərinə uyğun olaraq az təqdim edilə bilər. Bəziləri bir-birinin əskikliyini bağlayar. Məsələn yaxşı əlaqələr qurulan, təqdir edilən bir işçi bəzən ictimai haqqlarını önəm verməyə bilər. Ancaq iş yerində pis bir rəhbərlik tətbiqinin olması, bütün əskiklikləri ortaya tökür və işçilərə xoşbəxt olacaqları hər şeyi versəniz belə təsiri qalmır.
İşdən ayrılmaları böyük bir əksəriyyəti təəssüf ki, pis idarəçiyə bağlıdır
Yaxşı bir rol modeli olan idarəçi; xoşbəxt, müsbət işçilərdən  ibarət olan bir mühit yarada bilər. Bunun üçün işçiyə özünü yaxşı hiss edəcəyi mühit təmin edə bilər, performansını ortaya çıxarmasını dəstəkləyə bilər. Işçi qüvvəsini planlayaraq, zamanı doğru istifadə edə bilər, işçilərini hədəflərinə fikrini toplayıb, həllərə çatmasına yol göstərici ola bilər. Qısaca, burada sadaladığım bir çox xüsusiyyətiylə yaxşı bir lider, yaxşı bir rol modeldir və işçilərini motivasiya edə bilər. Və əlbəttə gülümsəyə bilər ...
Ralf Valdo Emersonu dediyi kimi; etdikləriylə çox səsli danışan liderlərin, iş həyatına yeniliklər gətirməsini arzulayıram…...
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN