Yalan Necə Başa Düşülür?

0
4912
Yalan Necə Başa Düşülür?

Sən yalnız olmaq istədiyin biri olacaqsan.

Yaxşılıq et və özünü yaxşı hiss edəcəksən. Pislik et, əvəzində pislik görəcəksən. Gördüyünüz kimi bu, çox sadədir.

Biz hamımız seçim edirik, amma sonda bizim seçdiklərimiz bizi formalaşdırır.

Əgər nəyəsə nail olmaq istəyirsənsə, onda özünü həmin işə həsr et. Başqa cür alınmayacaq.

Özünə sadiq qal. Sənə zövq verən bir şeyi etməkdən heç vaxt utanma.

Əgər öz dediyinin üstündə dura bilmirsənsə, onda sən diz çökdürən deyil, diz çökən olacaqsan.

Əsas odur ki, düzgün seçim etdiyinə əmin olasan.

Başqa insanların gözündə dəli kimi göründüyünə görə narahat olma. Nəzərə al ki, bütün dahiləri və onların ideyalarını dəlisov adlandırırdılar.

Əgər Sən də başqaları kimi düşünürsənsə, onda Sən heç düşünmürsən ki.

Öz taleyini özün idarə et, əks halda bunu Sənin əvəzinizə edəcəklər.

Dost və düşmən bir-birindən bir addım aralıda dayanıb.

Bədbəxt o insandır ki, ancaq öz məqsədi haqqında düşünür və bunun üçün heç bir əməli addım atmır.

Əgər insanlar Səni öz arzundan çəkindirməyə çalışırlarsa, onda onlara fikir vermə, çox ehtimal ki, onların da nə vaxtsa vaz keçdikləri belə bir arzuları olub.

Heç nəyi ürəyinə salma, yalnız onda azadlığın dadını biləcəksən.

Bu dünyada ancaq “Sən” və “Sənin məqsədin” var. Əgər “Sən” yoxsansa, onda “məqsəd” də yoxdur, əgər “məqsəd” yoxdursa heç sən də var olduğunu iddia edə bilməzsən.

Sevgi tapmaq əsas deyil, bu, sadəcə daxili yalnızlıqdan qaçma yoludur. Özünü sev və onda sevginin dadını hiss edəcəksən.

Sevən insan sevgidən bəsləndiyi kimi, nifrəti də qəzəb qidalandırır. Sənin ərtafındakı dünya elə Sənin aynadakı əksindir.

Qorxu – gün batımı kimidir: hətta ən əhəmiyyətsiz problem də arxasında uzun kölgə buraxır.

Arzular ancaq onlara çatmaq istədikdə reallaşır.

Uğursuzluqlar və səhvlər – həyatın vacib hissəsidir və onlardan qorxmağa dəyməz, əldən verilmiş imkanlar –  isə ən böyük səhvdir.

 

 

ŞƏRH YAZIN