İMTAHANA HAZIRLIQDA PSİXOLOJİ PROSES

0
4534
İMTAHANA HAZIRLIQDA PSİXOLOJİ PROSES

Girdiyimiz imtahanları keçmək, iş həyatında nailiyyətlər əldə etmək üçün, uğur qazanma yolları öyrədən bir çox yazılar, proqramlar var. Əminəm ki, ən az birini oxumusunuz. Bəs həqiqətənmi hər birimiz özümüzü xoşbəxt hiss etdiyimiz işlə məşğuluq? Gəlin hələlik bütün uğur qazanma sirlərini və taktikalarını bir kənara qoyaq!

Mən də çoxlu imtahanlara hazırlanmış bir gənc olaraq deyə bilərəm ki, gənclər üzərində olan psixoloji təzyiqin böyük bir qismi, çevrələrində olan şəxslərin payına düşür. Uğur qazana bilməmə qorxusu, imtahan həyəcanı çox vaxt ailəni məyus etmə qorxusu ilə başlayır. Təəssüf ki imtahana hazırlıq müddəti ərzində ətraf mühitdəkilərin təzyiqləri ən yüksək həddə çatır. Bəs belə bir vəziyyətdə  nə etməli? Çıxış yolu nədir?
 
Təbii ki bizi məyus edən insanların ağzını bağlamaq kimi bir imkanımız olmadığı üçün, işə onlara qulaq asmamaqla başlaya bilərsiniz. Bu sizin həyatınızdır; sizin düşüncələriniz, sizin duyğularınız, sizin davranışlarınız, sizin planlarınız və sizin karyeranızdır. Başqalarının sizin haqqınızda nə düşündüklərinə əsla fikir verməyin, hər zaman ağlınızda olsun ki, müəyyən yaşdan sonra insanların sizin haqqınızda olan fikirləri sizi maraqlandırmayacaq. Unutmayın, siz çox dəyərlisiniz və bu dünyada heç kəs sizin yerinizi əvəz edə bilməz. 
 
Humanitar sahələrin də texniki sahələr qədər dəyərli olduğunu, pul qazandıran ya da  xarizma sahibi olan peşələrin sadəcə mühəndislik, həkimlik, hüquqşünaslıq olmadığını bilin. Seçəcəyiniz peşə ilə, həyatınızın böyük bir hissəsində məşğul olacağınızı yaddan çıxarmayın. Konstitusiya oxumağı sevməyən bir hüquqşünas mı olmaq istəyərsiniz; yoxsa tort bişirərkən xoşbəxt olan bir aşbazmı? Bütün bunları əvvəlcədən müəyyənləşdirməli, gələcək karyeranızın xəyalını zehninizdə canlandırmalısınız.
İmtahana hazırlıq müddəti ərzində təəssüf ki çox gənclərin konsentrasiya olduğu tək məqsədləri sadəcə universitetə girmək olur. Peşə seçimi və ya girdikdən sonrakı mərhələlər adətən ən sona saxlanılır. Halbuki hədəfinizi əvvəlcədən müəyyənləşdirmək və hazırlıq müddəti ilə eyni zamanda hədəfinizə uyğun istiqamətdə özünüzü inkişaf etdirə biləcəyiniz fəaliyyətlərlə məşğul olmaq, həm ali məktəbə qəbul olunmaq, həmçinin, daha sonraki mərhələlərdə kariyeranızı qurmada sizi böyük uğura çatdıracaqdır. 
 
Əsla vaz keçməyin, özünüzə güvənin!
Həyatımızda uğur qazanmaqdan daha vacib, hətta dəyərini itirmədən görməli olduğumuz bir neçə şey var. Birincisi, əzizlərinizlə keçirdiyiniz gözəl gənclik illəriniz. Bəli, bunu heç vaxt unutmayın. Heç nə sizin gəncliyini əvəz edə bilməz. İkincisi isə sağlamlığınız. Sahib olduğunuz daxili potensial psixoloji gərginliyinizi yox etmək üçün mükəmməl vasitədir. 
Və unutmayın, həyatda ən sevdiyiniz şey – fərdi dəyəriniz olmalıdır. Siz olmasanız, sevdiyiniz, dəyər verdiyiniz, əldə etdiyiniz nailiyyətlərin heç bir mənası yoxdur!..
 
Müəllif : Buse Nur ÖZDEMİR

ŞƏRH YAZIN