Yaşlandıqca Uğur Qazanmaq Üçün Gənc Olduğumuz Zaman Görəcəyimiz İşlər.

0
1155
Yaşlandıqca Uğur Qazanmaq Üçün Gənc Olduğumuz Zaman Görəcəyimiz İşlər.

Son zamanlarda daha çox rast gəldiyim bir şey var:insanların çoxu 20 yaşlarının gələcək həyatları üçün nə qədər böyük önəm daşıdığının fərqinə varmır.Heç kim 20 yaşlarına lazım olan dəyəri vermir.

Halbuki həmin yaş dövrü bizim bütün gələcək həyatımızı həll edir.Birlikdə çalışdığımız şirkətlər,iş yoldaşlarımız bizim necə bir təşkilatçı olacağımızı,seçdiyimiz həyat yoldaşı bizim nə dərəcədə xoşbəxt olacağımızı,peşəmiz nə qədər qazanc əldə edə biləcəyimizi,verdiyimiz qərarlar isə həyat tərzimizi göstərir.Həyatımızın 20 yaşlarında atdığımız addımlar 30 və 40 yaşlarında təsir edir.Yəni həmin yaşda etdiyimiz planlar sonrakı həyatımızı ya sığortalayır,ya da boşa çıxara bilir.

20 və 30 yaşları ,karyera planı,həyat planı,şəxsi inkişaf,özünü inkişaf etdirmək,təhsildə yüksək dərəcə almaq,ölkə xaricinə çıxmaq,peşə seçimi.

Belə olduğu halda niyə görə 20 yaşımızda olan illərinə lazım olan dəyəri vermirik?Hələ də öz səhvlərimizin üstünü örtərək özümüzə təsəlli axtarırıq.Məsuliyyətimizin hələ minimum səviyyədə olduğu bir halda, niyə görə  özümüzü necə inkişaf etdirə biləcəyimizi və daha yaxşı bir gələcək üçün həyatımızı necə planlaşdıracağımızı düşünmürük?Cavabı çox sadədir,çünki tənbəllik edirik,əlimizdən telefonumuzu buraxmırıq,yerimizdən qalxmaq istəmirik,televizorun qarşısında vaxtımızı boşuna keçiririk.Sonra əlimizə bir jurnal alırıq və oradakı məqalələri qibtə ilə oxuyuruq,həsəd aparırıq.Dostlar,o uğur hekayələrini tənbəllik etməyənlər,həyatını və vaxtını düzgün planlaşdıranlar,televizorun qarşısında saatlarla vaxt keçirməyənlər yazır.

1.İxtisas sahəsi seçin.

Yaşadığımız dövr artıq” nə iş olsa edərəm”deyənlərin dövrü deyildir və hər kəsin öz ixtisas sahəsi var.Siz də özünüzə uyğun olan bir ixtisas sahəsi seçin və onu inkişaf etdirin.O sahədə tanınmış insanlardan biri olmaq ən böyük hədəfiniz olmalıdır.Əgər o sahədə tanınsanız,ehtiyac olduğu bir halda ağıla ilk siz gələcəksiniz.Bu zaman çalışdığınız şirkət üçün də əvəzedilməz ola bilərsiniz.

2.Əlavə gəlir yaradın.

Bu proses 30yaşlarında baş verə biləcək risklərin önünə keçəcən və sizi maddi baxımdan azad hiss etdirə biləcək ən vacib maddələrdən biridir.Əlinizdə olan şeyləri siyahıya alın və bunu pula necə çevirə biləcəyinizə diqqət yetirin.Pulun miqdarı vacib deyildir,ayda 100 manat belə gəlsə,əlavə gəlir əlavə gəlirdir.Fərdi dərslər verin,internetdən bir şeylər satın,kiçik bir cəhd və ya investisiya edin.Nə etsəniz edin,amma öz aylıq maaşınızın xaricində mütləq əlavə gəliriniz olsun.

3.Özünüz üçün investisiya edin.

Excell və digər buna bənzər proqramlar üzrə ixtisaslaşın,yeni təqdimat texnikaları öyrənin,bədən dilini inkişaf etdirin,kitab oxuyun,savadınızı artırın,seminarları təqib edin,aktiv fəaliyyətə qoşulun.Qısacası,hər yeni gününüz bir əvvəlki gündən daha yaxşı olmalıdır.Bunu təmin etmək üçün özünüzə sərmayə qoyun və özünüzü inkişaf etdirin.

4.Təhsildə yüksək dərəcə almaq (mümkün olduğu qədər xaricdə)

Yüksək dərəcə almaq sizin üçün ən vacib ünsürlərindən biri olmalıdır.Bu arzunu xaricdə reallığa çevirmək isə bir xəzinə dəyərindədir.Xaricdə maraqlandığınız və ixtisaslaşmaq istədiyiniz bir sahədə yüksək dərəcə almaq həm sizi,həm də xarici dilinizi inkişaf etdirəcək.

5.Xarici dil öyrənmək.

“İngiliscə danışa bilməyəni döyürlər”deyirlər və haqsız da deyillər.Özünüzə daha çox dəyər vermək üçün ikinci bir xarici dilə üstünlük verməlisiniz.Bunu da edə biləcəyimiz ən gözəl yaşlar 20 yaşlardır .Çalışdığınız sektor və peşənizlə bağlı olan və sizə daha çox üstünlük gətirəcək bir dil seçin və onu öyrənin.Məsələn,işlədiyiniz sektorun ən çox ticarət etdiyi ölkə Rusiyadırsa,rusca öyrənin,Alman şirkətində işləyirsinizsə,almanca öyrənin.Yəni sizə fayda verəcək bir dili mənimsəməyə çalışın.Amma mütləq ikinci bir dil öyrənin.

6.Pul yığın.

Əlinizə aldığınız hər pulu son qəpiyinə qədər xərcləməyin və kənara nə qədər çox pul qoya bilirsinizsə,qoyun.Həmin pul sizə hər yerdə lazımlı ola bilər.30 yaşlarında anidən özəl sektordan sıxıldığınızı hiss edib işdən ayrıla bilərsiniz,özünüzə yeni bir ev ala və ya həmin pulu özünüz üçün investisiya edə bilərsiniz.Amma bütün bunları pulunuz varsa,edə bilərsiniz.Əgər pulunuz yoxdursa,siz ancaq gördüyünüz bir şeyin arxasınca qaça bilərsiniz.Acı da olsa,həqiqətdir.

 

 

Tərcümə edən:Nəzrin Məmmədova

ŞƏRH YAZIN