İş prosesində motivasiyanı və məhsuldarlığı artıran vərdişlər

0
1841
İş prosesində motivasiyanı və məhsuldarlığı artıran vərdişlər

Ekspertlərin fikrincə, sizə daha az səmərəli görünən vərdişlər fəalliyyətinizi daha məhsuldar edə bilər.

Bəzi ideyalar ilk baxışdan qeyri-adi və ya qeyri-məntiqi görünə bilər. Amma bununla belə, bir sıra işçilər bu vərdişlərin sayəsində daha çox məhsuldarlıq və motivasiyaya nail olmuşdur. Ən vacibi də odur ki, bu vərdişlər doğrudan da onlara işlərini yerinə yetirməkdə yardımçı olmuşdur.

Mütəxəssislərə görə bir sıra işçiyə öz məqsədlərinə çatmaqda olduqca yardımçı olan və ilk baxışdan ağlasığmaz görünən bu vərdişlər aşağıdakılardır:

1. İşdə kitab oxuyun.

İşində çətinliklə üzləşən Nyu-Hempşirin marketinq üzrə koordinatoru, Geyl Hernandets belə söyləyir: “Mən treninqlərə getmədən işimlə əlaqədar bir neçə proqram təminatını öyrənməli oldum”. Buna görə də o, sadə həllə müracit etmişdir. Hər gün işinə bir qədər ara vermiş və masasının üzərindəki proqram təminatı göstərişlərini oxumuşdur.

“İş yoldaşlarımın məni zarafat hədəfinə çevirmələrinə baxmayaraq, mən indi Illustrator and Dreamweaver proqramlarında sərbəst işləməyi bacarıram”, Hernandets belə bildirmişdir.

İstər dərslik, istər qəzet və ya məruzə olsun, fərq etməz! İstənilən halda müəyyən məlumat əldə etmək faydalıdır. Müasir dövrdə daima öyrənmək və təkmilləşmək zəruridir.

2. Tez –tez və ya uzunmüddətli fasilələr verin.

Bir çox iş yerlərində fasilə vaxtı qabaqcadan təyin olunmuşdur. Amma bəzi ekspertlər hesab edir ki, işçilər müəyyən qrafikə deyil, öz instinktlərinə əsaslanmalıdır. Başqa sözlə, zehni və ya fiziki yorğunluq hiss edən kimi bütün işlərə dərhal ara vermək lazımdır.

Filadelfiyanın Yeni Psixologiya üzrə Mərkəzinin psixoloqu Doris Cinet bildirir ki, insan ara vermədən yalnız 45 dəq. ərzində öz diqqətini bir işə cəmləşdirə bilər. Ona görə də Cinet təklif edir ki, işçilər hər saatın 50 dəqiqəsini çalışsın, qalan 10 dəqiqə ərzində isə diqqəti başqa yerə yönəltsinlər və ya taktikanı dəyişsinlər.

Syu Peynter, Confident Marketer-in marketinq üzrə prezidenti və məsləhətçisi daha uzunmüddətli fasilə təklif edir. İşlər ən coşğun və dözülməz hala gəldikdə Peynter sadəcə ofisi tərk edir.

“Mən bir saatlığa da olsa, özümü mütləq işi tərk etməyə məcbur edirəm. Beləcə, iş qüvvəmi bərpa edərək ofisə daha təmkinli halda və açıq zehinlə qayıdıram” – o, belə qeyd edir.

3. Az əhəmiyyətli işlərə bir kənara qoyun.

Yazar və natiq Alan Bekon təkidlə bildirir ki, əhəmiyyətsiz işləri bir kənara qoymaq daha çox fayda gətirə bilər.

Bekonun fikrincə bu metod həm gündəlik iş siyahısında daha az xaotikliyə səbəb olur, həm də sizə daha çox vaxt qazandırır. “Bu vaxtdan yararlanaraq, bütün səylərinizi prioritet məqsədlərə yönəldə bilərsiniz” – Bekon belə düşünür.

4. E-poçtlara və səsli mesajara aludə olmayın.

Çoxlarımız elektron və ya səsli məktub alan kimi onu dərhal cavablandırırıq. Amma istedadın qazanılması üzrə trener, Keyt Rolinqs tövsiyə edir ki, səsli və ya elekron məktuba ayırdığınız vaxta müəyyən məhdudiyyət qoyasınız.

“Mən e-poçtumu gün ərzində 2 dəfə yoxlayıram: səhər və günün sonunda”, – Keyt belə açıqlama verir. “Səsli mesajarı isə günorta yeməyi zamanı və günün sonunda yoxlayıram”.

Hətta əgər işinizlə əlaqədar e-poçtunuz daim açıq vəziyyətdə olursa, diqqətinizin yayınmasını minimuma endirə bilərsiniz. Məsələn, Outlook proqramı vasitəsilə sizə yeni mesajın gəldiyini xəbər verən pop-up pəncərənin hər dəfə açılmasının qarşısını almaq olar.

5. Dolaşıq və ya yarımçıq qalmış işlərinizi qaydaya salmaq üçün mütləq vaxt ayırın.

Səhiyyə iqtisadçısı Patti Piplz təklif edir ki, hər bir işçi ayda bir gününü yarımçıq qalmış layihə və ya tapşırıqları yerinə yetirmək üçün ayırsın. “Bu, heç bir e-mail və heç bir telefon zənginə cavab vermədən tam iş günü çalışmaq deməkdir”, Patti belə söyləyir.

6. Vaxt öldürməyi unutmayın.

İşdə müəyyən müddət vaxt öldürmək stressi aradan qalıraraq əhval-ruhiyyənizi və əmək məhsuldarlığınızı yüksəldər. Bu metod, xüsusən də, uzun, stressli bir iş gününün ortasında işçiyə yenidən öz qüvvəsini bərpa etməkdə böyük yardımçı ola bilər.

“Nəticədə, fərq böyükdür ,” – Deborah Greyson Rigel belə vurğulayır. “İnternetdə saytlara baş çəkin, gözlərinizi yumub istirahət edin və beləliklə, iş qüvvənizi yenidən bərpa edin”.

7. Şəxsi standartlarınızı həddən artıq şişirtməyin.

Rigelin fikrincə, bir çox insanlar işlərini ona görə təxirə salır ki, onlar mükəmməlliyə can atırlar.

İşçilər bir şeyi unutmamalıdırlar ki, heç də həmişə mükəmməlliyə nail olmaq mümkün deyil. Bu baxımdan, Headwaters Foundation for Justice-ın icraçı direktoru Trista Harrisin sadə bir təklifi var: “Yetər ki, nəticələr kifayət qədər yaxşı olsun.”

 

ŞƏRH YAZIN