Pul Qazanmaq Vaxtıdır!

0
2819
Pul Qazanmaq Vaxtıdır!

Necə böyük pullar qazanıldığı mövzusunda çoxlu yazılar yazıldı, tərtib edildi. Ancaq bu yazıların tonla deyil kiçik torba ilə pul qazandırmış olmaları böyük bir müvəffəqiyyət. Çünki yüksək məbləğdə pullar qazanmağın qəti bir yolu yoxdur. Problem budur ki insanlar bunun lotereyada qazanmaq kimi asan olmasını istəyirlər. Ya da birjada zəngin olmaq üçün sehrli bir formul gözləyirlər.

Bunu sizə söylədiyim üçün təəssüf edirəm ancaq fantastik bir kitabda deyil, real dünyada yaşayırsınız. Lakin çox pul qazanmaq üçün sehrli bir dəyənək olmadığı kimi bu raket elmi də deyil. Məhz sizlərə real dünyada pul qazanan insanlardan göstərişlər:

 

Əlinizdə heç bir şey olmadan başlayın və səfil bir həyatınız olsun

Müdhiş dərəcədə müvəffəqiyyətli insanların çoxu əllərində heç bir şey olmadan başladılar və həyatlarının hər günü müvəffəqiyyətli olmaq üçün mübarizə apardılar. Starbucks qurucusu və CEOi Howard Schultz kimi bir çox milyonerlər kiçik və kasıb məhəllələrdə yetişib. Uşaq yaşlarından qarşılaşdıqları çətinliklər irəlidə böyük liderlər olmalarını təmin etdi.

 

Sevdiyiniz şeyi edin

Steve Jobs "müvəffəqiyyətli bir iş çıxarmanın yolu sevdiyiniz şeyi etməkdən keçər. Əgər bunu tapa bilmədinizsə axtarmağa davam edin, dayanmayın" deyər. Tamamilə doğru deyir. Əgər istəyinizi təqib etsəniz və müştərilər də eynisini etsə pul ardınca gələcəkdir.

 

Texnologiya sektoruna investisiya edin

Texnologiya sektoru milyonlarla insanın (yalnız üst səviyyə idarəçilərin deyil) zəngin olmasını təmin etdi. Yalnız Microsoft öz başına əvvəlki və hazırkı işçilərinə 12 milyon dollar ödəməklə öndədir. Səbəbi nə mi? Texnoloji dünyası fürsət və bərabərlik sahəsidir ona görə.

 

Öz işinizin sahibi olun

Milyonerlərin üçdə ikisi öz işinin müdiri, böyük əksəriyyəti sıfırdan başlamış olan, aşağı bir büdcəylə dolanışığını təmin edən və investisiya edən kiçik biznes sahibləri olan insanlardır.

 

Risk alın, səhv edin və instinktlərinizə güvənin

İnsanların çoxu ya istəksiz bir şəkildə risk edir ya da etməmələri lazım olduğunu bildikləri halda gülünc risklər edir. Risklərinizi ağılla fikirləşib edin və instinktlərinizə güvənin. Əlbəttə səhv edəcəksiniz ancaq problem deyil. Heç kimsə özünü təhlükəsizliyə alaraq bir yerə çata bilməz.

 

Bol-bol fədakarlıq edin

Bəzən yuxudan, bəzən də əyləncənizdən fədakarlıq edin. Etdiyiniz fədakarlıqlar sizə misliylə geri dönəcək.

 

Öz şansınızı özünüz yaradın

Şansın hazırlıq və fürsətin görüşdüyü zaman aşkara çıxdığı söylənir. Fürsət arxasınca qaçmağı heç buraxmaz və ən kiçik bir ehtimal gördüyünüz anda nail olmaq üçün cəhd etsəniz şans sizi onsuz da tapacaq.

 

Müxtəliflik, müxtəliflik, müxtəliflik

Pulunuzu yığın, investisiya edin və yatırımlarınıza müxtəliflik qatın.

 

 

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN