İş Yerındə Motivasıyanı Artıran Fərdi Inkişaf Sözlərı

İş Yerındə Motivasıyanı Artıran Fərdi Inkişaf Sözlərı

Gün içində eşitdiyimiz bəzi sözlər motivasiyamızı artırıb həmin günümüzün daha da məhsuldar keçməsinə şərait yarada bilər. Aşağıdakıları diqqətlə oxuyun. Bunlar xüsusi olaraq sizin üçün toplanmış fərdi inkişaf dərmanlarınızdır.

Bu tip sözlər adi günlərdə belə yeni nəfəs almağınıza, özünüzü yaxşı hiss etməyinizə səbəb ola bilər. Bəzi insanlar bu tip sözləri kəsərək sanki gözlərinə tez-tez görünsün deyə iş yerlərindəki masalarının ətrafındakı hər yerə asarlar. Bu sözlərin faydası olmaz deyə düşünməyin. Siz hiss etsəniz də, etməsəniz də bu sözlərin iş mühitinin əhval-ruhiyyəsini dəyişdirib, insanların uğur və motivasiyasını artıran təsiredici qüvvəsi var. Artıq günümüzdə insanların niyə çox çalışmaq məcburiyyətində olduğunu dərk etmələri və xatırlamaları lazımdır. Hər insan da fərqli motivasiya edilə bilər. İndi isə sizə qısa, lakin mənalı sözlərdən bəzilərini çatdırmaq istəyirəm.

Maxatma Qandi

“Dünyada dəyişməsini istədiyiniz ilk şey özünüz olmalısınız.”

Cim Stovall

“Başqalarının nələr etdiyinə diqqət yetirmək, cəhdlərini alqışlamağınız, uğurlarını təqdir etməyiniz və axtarışlarına kömək etməyiniz lazımdır. Hamımız bir-birimizə kömək etsək hər kəs qazanar.”

Robert Frost

“Tək yol doğru yoldur.”

Uaren Baffet

“Həyatda etməyiniz lazım olan tək şey çox az səhv etməkdir.”

Les Braun

“Yüksəkliyə etdiyiniz səfərinizə hər zaman adaptasiya olmalısınız.”

Teodor Ruzvelt

“Həyatın bizə təqdim etdiyi ən böyük mükafat buna layiq olacaq bir işdə çalışmaqdır.”

Çarli Kettering

“Açıq bir zehnin olduğu hər yerdə sözsüz ki bir ümid olacaqdır.”

Henri Ford

“Bir işi bacara biləcəyinizi və ya bacara bilməyəcəyinizi düşünsəniz də haqlısınızdır.”

Cim Rohn

“Ya yuxularınızı dəyişdirməli, ya da bacarıqlarınızı artırmalısınız.”

Uilliam Hazlitt

“İşini sevməyəni, işi də sevməz.”

Denis Veitley

“Qaliblər etdikləri işi seyr edib ləzzət almağa zaman ayırırlar. Çünki dağın zirvəsindən baxdıqları mənzərəni o qədər həyəcanverici edənin dağın yüksəkliyi olduğunu bilirlər.”

Li Yakokka

“İdarə etmək sadəcə başqalarını motivasiya etməkdir.”

Duayt Eyzenhauer

“Motivasiya, insanların onlardan etməyini istədiyiniz şeyi, siz istədiyiniz üçün deyil, özləri istədikləri üçün etdiklərini düşündürtməkdir.”

Piter Druker

“Ən ciddi səhvlər səhv cavabların ucbatından olmur. Reallıqda ən təhlükəli olan səhv sualları verməkdir”

Maks Şmeling

“Niyəmi qazanmaq istədim? Çünki məğlub olmaq istəmirdim.”

Paul Getti

“İşdə uğurlu olmaq, ən yüksəyə qalxmaq üçün bir insanın bilməsi lazım olan şey gördüyü işlə əlaqədar demək olar ki, hər şeydir.”

Pier Kornille

“Risksiz qazanmaq zəfərsiz qazanmaqdır.”

Toni Dorsett

“Uğurlu olmaq üçün yapışılacaq, sizi motivasiya edəcək, sizə ilham verəcək nəsə tapmağınız lazımdır.”

Ceyms Brauton

“Tək sərhəd xəyalın qoyduğu sərhəddir.”

Tryon Edvards

“Diqqəti oyandırmaq nəyisə ən asan və ən yaxşı şəkildə öyrətməyin asan və rahat yoludur.”

İspaniya atalar sözü

“Sabah səhvin ən çox olduğu gündür.”

Lindon Conson

“Ən çətin axtarış mükəmməli axtarışdır.”

Çarlz Şvab

“İşini sevmədən sadəcə pul qazanmaq üçün görən insanın pul qazanması və həyatdan zövq alması çox çətindir.”

George Kneller

“Yaradıcı fikirləri inkişaf etdirmək üçün adi görünən hər şeyə digər insanlardan fərqli baxmaq lazımdır.”

Piter Uilliams

“Xəyallarımıza nəzarət etmədiyimiz nöqtəyə qədər, rahatlıq bizə nəzarət edər.”

Yohan Volfqanq Göte

“Düşünmək asandır, davranmaq çətindir. Düşündüyün kimi davranmaq daha çətindir.”

Çin atalar sözü

“Göylərdə uçmaq möcüzə deyildir, ya da suyun üstündə gəzmək. Əsl möcüzə yer üstündə gəzməkdir.”

Con Neysbitt

“Yeni güc mənbəyi çox az insanın əlində olan pul deyildir, çox insanın əlində olan bilikdir.”

Henri Ford

“1$ qarşılığı nə qədər az verə biləcəyini deyil, nə qədər çox verə biləcəyini görmək üçün bacarığını və yaradıcı xəyal gücünü istifadə edən insan mütləq şəkildə uğurlu olur.”

Çox vaxt müdirlər bu sözləri işçilərinə əmək haqqıları ilə bərabər verirlər. Bu bəzilərinə motivasiya verdiyi halda, digərlərinə çox mənasız boş söz kimi görünəcəkdir. Amma ad günlərində və ya digər önəmli günlərdə işçilərə kiçik amma motivasiyaedici fikirlər söyləmək, işçilərin özlərini komandanın bir parçası kimi hiss etdirəcək.

 

Tərcümə etdi: Sarah Nəcəf

ŞƏRH YAZIN