İş Zamanı Necə Motivasiya Ola Bilərik?

0
1934
İş Zamanı Necə Motivasiya Ola Bilərik?

Hər birimiz gün ərzində motivasiyaya ehtiyac duyuruq.Xüsusilə də, iş zamanı. Motivasiya xarakterli sözlər iş yerlərində atmosferi dəyişdirməyə, insanların motivasiya və müvəffəqiyyətlərini artırmağa qadirdir. Artıq,insanların niyə işləməli olduqlarını anlamaları və xatırlamaları  vacibdir. Ona görə də sizə belə dəyərli sözlərdən bəzilərini təqdim edirik :

 
1. Mahatma Qandi : “Dünyada dəyişməsini istədiyiniz ilk şey özünüz olmalısınız”.
 
2. Teodor Ruzvelt : “Həyatın bizlərə təqdim etdiyi ən böyük mükafat, ona dəyəcək bir işdə çox işləmək şansıdır”.
 
3. Vilyam Hazlitt : “İşini sevməyəni işi də sevməz”.
 
4. Maks Skmellinq : “Niyəmi,qazanmaq istədim? Çünki uduzmaq istəmirdim!”
 
5. Pier Kornielle : “Risksiz qazanmaq zəfərsiz qazanmaqdır”.
 
6. Ceyms Brouqton : “Tək sərhəd hər zaman xəyallarımızın qoyduğu sərhəddir”.
 
7. Çarls M. Sçvab : “İşini sevmədən və sadəcə pul qazanmaq üçün görən insanın pul qazanması və həyatdan zövq alması çox çətindir”.
 
8. Con Naisbitt : “Yeni güc qaynağı çox az insanın əlində olan pul deyil , çox insanın əlində olan bilikdir”.
 
9. Le Lakokka : “Liderlik sadəcə başqalarını motivasiya etməkdir”.
 
10. Cim Rohn : “Ya xəyallarınızı dəyişdirməli, ya da bacarıqlarınızı artırmalısınız”.
 
11. Henri Ford : “Bir işi edə biləcəyinizi düşünsəniz də, edə bilməyəcəyinizi düşünsəniz də haqlısınız”.
 
12. Robert Frost : “Tək yol doğru yoldur”.
 
13. Çarls F. Ketterinq : “Açıq bir zehnin olduğu hər yerdə mütləq ümid vardır”.
 
14. Dvigt D. : “Motivasiya, insanların onlardan etməsini istədiyiniz şeyi siz istədiyiniz üçün deyil, özləri istədiyi üçün etdiklərini düşünmələrini təmin etməkdir”.
 
Bu sözlər bəzilərinə motivasiya verərkən, bəzilərinə boş sözlər kimi görünə bilər. Amma ad günlərində və ya digər önəmli günlərdə işçilərə kiçik, lakin motivasiya edici qeydlər vermək onların özlərini komandanın bir parçası kimi hiss etmələrinə səbəb olacaqdır.
 
Korrektə etdi:Günel İbadova
 

 

ŞƏRH YAZIN