Komandanı motivasiya etməyin 5 yolu

0
2214
Komandanı motivasiya etməyin 5 yolu

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsinizsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsiniz :

1. Qarşıya aydın məqsədlər qoyun.

Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir. Bu, işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoyun.

2. İnsanlara səlahiyyət verin.

Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda üzvlərinin birbaşa iştirakını tələb edir. Komandanı problemləri həll etmək üçün dəstəklə və müzakirələri yüngülləşdirməyə çalışın.

3. Düzgün dəstəklə təmin edin.

Dəyişiklik hər zaman komandanın işin yeni yollarını anlamaq və həyata keçirmək üçün yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Komanda lideri komandaya və fərdi olaraq hər kəsə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Əmin olun ki, komanda yeni bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə, inkişaf resurslarına və vaxta malikdir.

4. Gələcəyə dair baxış yaradın.

Gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək, aydın ifadə etmək və komandanı bundan xəbərdar etmək daha məqsədə uyğundur. Başqalarını sizi izləməyə ruhlandırmaq həqiqətən əla çağırışdır! Komandanı ruhlandırmaq üçün siz gələcəyə dair sadə, aydın və münasib baxışa ehtiyac duyursunuz. Əlavə olaraq, həmçinin insanlarda sizə qarşı inam hissini yaratmağa və iş üçün ən uyğun insan olduğunuzu sübut etməyə də ehtiyacınız var.

5. Minnətdar olduğunuzu göstərin.

Siz komanda üçün vaxt və enerji sərf etməlisiniz. Unutmayın ki, hər kəs qiymətləndirilməyə ehtiyac duyur! Onlar sizin onlara qarşı şəxsi maraq və öhdəliklərinizin olduğunu bilməyə ehtiyac duyurlar. Onların dəyərini hər zaman xatırlamaq göstərir ki, onlar qiymətləndirilir və gördükləri iş sizin üçün həqiqətən vacibdir.

 

ŞƏRH YAZIN