Mən Həmişə Düzəm ...

0
3186
Mən Həmişə Düzəm ...

Bizi irəli addımlamağa imkan verməyən və fərdi inkşafın ən böyük maneəsi olan “Mən həmişə düzəm” düşüncəsindən danışacağıq.  “...yenə də mən düzəm” bir çox konfliktlərin, əsəb pozğunluqlarının və buna bənzər bir çox negativ halların səbəbidir. Deyirlər ki, “Həqiqət mübahisə zamanı tapılır”. Mən bu fikirlə tam razı ola bilmərəm, çünki mübahisə zamanı iki tərəfin yalnız öz mövqeyini hər cür yollarla sübut etməsi nəticəsində heç bir həqiqət ortaya çıxmır,amma əgər hər iki tərəf həqiqət axtarışında olsalar və bir-birini dinləyərək ortaq məxrəcə gələ bilsələr, onlar istədiyi nəticəni əldə edə bilərlər.

Bir çox insanlar mübahisə etdiyi zaman “mən məğlub ola bilmərəm” düşüncəsi ilə yenə öz mövqeyinin düzgün olduğunu yeritmək istəyirlər. 

Bu prinsiplə yaşayan insanlar sadəcə bir şey anlamalıdırlar: səhvi qəbul etdiyiniz zaman siz zəifliyinizi göstərmirsiniz, tam tərsi, siz daxili gücünüzü və müdrikliyinizi nümayiş edirsiniz. O qədər də önəmli deyil, sən səhvsən yoxsa düz. Əsas odur ki, sən düzgün yolu tapdın. Səhv olduğunuzu nə vaxt qəbul etməlisiniz?

1. Əgər sizin səhv olduğunuza dair faktlar gətirirlərsə. Bu halda inadçılıq edib özünüzü gülünc vəziyyətə qoymayın.


2. Opponenti razı sala bilməyəcəyinizi gördüyünüz halda. Bu vaxt itkisinə və əsəb pozğunluqlarına səbəb ola bilər. Düşünün, aldanmağı tərcih edənə dəyərli vaxtınızı və sağlamlığınızı xərcləməyə dəyərmi?

Əgər siz bu 2 qaydaya əməl etsəniz, sizin həyatınız daha sakit olacaq. Başqalarına həyatlarını istədikləri kimi yaşamağa icazə versəniz, siz də həyatınızı istədiyiniz şəkildə qurmağa şərait yaratmış olacaqsınız və bu halda heç kəsə “mən düzəm” fikrini sübut etməyə ehtiyac olmayacaq.Sizin həyatınız – sizin qaydalarınız. Ama unutmayın ki, başqalarının da buna haqqı var. Siz öz DÜZGÜN mövqeyinizi yeritmək istədiyiniz zaman ətrafdakılar sizdən uzaqlaşacaqlar və bu da sizi öz səhvlərinizi görməməyə sövq edir.

 

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN