Motivasiya Edən Qızıl Qaydalar (I Hissə)

0
4626
Motivasiya Edən Qızıl Qaydalar (I Hissə)

Uğur qazanmağın bir pilləsi də motivasiyadan keçir. Motivasiya üçün çox qayda olsa da bu sahə üzrə ekspertlər sizə daha sınanılan asan və daha faydalı məsləhətlər görür. Sizə Amerikanın tanınmış motivasiya üzrə eksperti Ceyson Qarsianın aydın şəkildə yazılmış 50 məsləhətini təqdim edirik.

1. ŞƏXSİ HEKAYƏNİZİ YAZIN. Bir-iki abzas ilə istədiyiniz gələcək həyatınızı yazın. Nə ilə məşğul olacaqsınız, harda yaşayacaqsınız, əldə etdiyiniz uğurdan necə həzz alacaqsınız. Ancaq yazılarınızı gələcək haqqında deyil sanki artıq həmin gələcəkdə yaşayırmış kimi yazın.

2. GƏLƏCƏYİNİZİ TƏSƏVVÜR EDİN. Gözlərinizi yumub, məşğul olmaq istədiyiniz işlərlə hal-hazırda məşğul olduğunuzu təsəvvür edin. Əgər gözəl, idman bədən fiquruna sahib olmaq istəyirsinizsə, özünüzü idman zalında məşq edirmiş kimi təsəvvür edin. Əgər biznes qurub şirkət sahibi olmaq istəyirsinizsə, gözlərinizi yumub, şirkətinizin yeni binasının açılışında təsəvvür edin və s.

3. ƏKS İSTİQAMƏTDƏ TƏSƏVVÜR EDİN. Bu vasitədən istifadə etsəniz, yolunuz öncəsində harda olduğunuz ilə indiki vəziyyətinizi müqayisə edə bilərsiniz. Keçmişdə edə bilmədiyiniz, lakin bu gün əldə etdiyiniz uğur üçün nələrdən keçdiyinizi görsəniz, bu sizi gələcək üçün də motivasiya edəcək.

4. BÖYÜK PLANLAR QURUN. Gələcək haqqında düşünərkən böyük planlar qurmaqdan qorxmayın. Bu cür yanaşma sizi qısamüddətli uğursuzluqlara qarşı daha güclü edəcək. Çətinliklər və xoşagəlməz hadisələr sizi yolunuzdan saxlamayacaq, çünki sizin yerinə yetiriləsi daha vacib məqsədləriniz var.

5. ÖYRƏNMƏYƏ DAVAM EDİN. Sizi arzunuza, məqsədinizə zərrə qədər də yaxınlaşdıra biləcək hər şey haqqında oxuyun, araşdırın, qulaq asıb öyrənin və praktikada yoxlayın. Məsələn, yazıçı olmaq istəyirsinizsə, qrammatika kurslarına yazıla bilər, kitablar oxuya, yazı yaza, digər yazıçılarla söhbət edib məsləhətlər ala bilərsiniz.

6. TƏMİZLİK VƏ QAYDALARA RİAYƏT EDİN. Təmiz və rahat quraşdırılmış iş yeri, ev, ofis (və həyat!) yuxarı qalxmaq üçün əsas tələblərdən biridir. Ətrafdakı zir-zibil öz daxilimizin çirklənməsinə gətirib çıxarır. Həyatınızı qaydaya salsanız, hər bir gününüz daha aydın və enerjili keçər.

7. HƏR YERDƏ ÖZÜNÜZÜ MOTİVATORLARLA ƏHATƏ EDİN. Hər zaman yanınızda (stol, orqanayzer, qarşıdakı divar, avtomobil, portmane, kalendar) sizə öz məqsəd və arzularınızı xatırladacaq işarə, simvol, yazı, şəkil və yaxud əşya saxlayın. Bu cür yadasalmalar arası kəsilməyən motivasiya axınını yaradır.

8. XEYRİYYƏ İŞLƏRİNDƏ FƏAL OLUN. Vaxtınızın bir hissəsini digər insanlara yardım etmək üçün ayırın. Başqasına qarşılıqsız olaraq nə isə verdikdə, sənin nə qədər çox şeyə sahib olduğunu və yardımın necə də zövq verici bir iş olduğunu anlayırsan.

9. ÖZÜNÜZÜN MOTİVASİYA BACARIQLARINIZI DİGƏRLƏRİLƏ BÖLÜŞÜN. Başqalarına hər hansı bir məsələni danışıb izah edəndə özümüz də onu dərindən anlayırıq. Uşaqlarınıza motivasiyalı olmağı öyrədin, dostlarınıza məqsədlərinə çatmaqda, sevidyiniz insanın arzularının həyata keçməsində kömək edin.

10. UŞAQLAR İLƏ VAXT KEÇİRİN. Uşaqlar ilə ünsiyyət ətrafdakı hər şeyə digər bucaq altında baxmağa kömək edəcək. İşdə gecikdirilən bir iş üçün stress keçirə bilərsiniz, lakin uşaqlarla oyun oynayıb, vaxt keçirtsəniz bütün problemlər arxa plana keçir. Uşaqların həyata baxışı çox sadədir və çox zaman məhz bu cür yanaşma özünü doğruldur.

11. HƏMFİKİRLƏRİNİZİ TAPIN. Ətrafınıza baxın, öz üzərində çox işləyən bir dostunuz varmı? Ola bilər ki, sizin qohum və yaxud iş yoldaşınız daha böyük uğurlar əldə etmək istəyirlər. Həmfikirlərinizi axtarıb tapın. Qarşılıqlı dəstək, məsləhətlər, yada salmalar və kömək hər birinizə öz məqsədinizə çatmaqda yardımçı olacaq.

12. OXŞAMAQ İSTƏDİYİNİZ BİR ADAM TAPIN. Elə bir adam tapın ki, ondan məsləhət alıb öyrənə bilərsiniz. Bunu etsəniz təkəri yenidən kəşf etməyə ehtiyac olmayacaq, siz hər zaman hörmət etdiyiniz insandan problemin həllini öyrənə bilərsiniz.

13. GƏZİNTİYƏ ÇIXIN. Yaşadığınız yerin ətrafında gəzin və ya avtomobil ilə gəzintiyə çıxıb rahatlayıb, sakitləşib, fikrinizi yayındırın. Hərdən hər birimizə yerləşdiyimiz ortamı dəyişmək lazımdır, gəzinti isə bu məqsəd üçün ən yaxşı vasitədir.

14. UĞUR HEKAYƏLƏRİ OXUYUN. Sizi əhatə edən insanların uğur hekayələri ilə tanış olun. Adi qəzetdə sizi motivasiya və gələcək addımları atmaqda kömək edə biləcək onlarla hekayə tapmaq olar. Kitabxana və internetdə qeyri adi uğurları əldə etmiş insanlar haqqında istədiyiniz qədər kitab və məqalə tapa bilərsiniz.

15. MUSİQİYƏ QULAQ ASIN. Musiqi bizi həm sakitləşdirə, oyada, kədərləndirə, həm də motivasiya edə bilər. Qaçış zamanı ritmik musiqiyə qulaq asmaq bizi daha da sürətləndirir. Bəs hansı musiqi sizi motivasiya edir?

16. MOTİVASİYA FİLİMLƏRİNƏ BAXIN. Kino bizə digər insanların həyatları haqqında danışır. Motivasiya verən filmlərdə adətən müxtəlif ağrı və çətinliklərdən keçərək, sonda yüksəliş və uğur əldə edən qəhrəman haqqında danışılır. Sizi motivasiya edə biləcək və edən filmlərin siyahısını tərtib edin.

17. MOTİVASİYA EDİCİ KƏLMƏLƏR OXUYUN. İnternet və kitablarda bizi motivasiya edib, yuxudan oyadaraq dünyaya tamam başqa gözlə baxmağımıza kömək edə biləcək saysız hesabsız aforizm və sitatlar var. Sizi maraqlandıran mövzu ilə bağlı kəlmələr axtarın və əmin ola bilərsiniz ki, özünüzü motivasiya edəcək və düşüncənizi genişləndirəcək çox şey tapa biləcəksiniz.

18. DÜZGÜN QİDALANIN. Düzgün qidalanma, xoşbəxt həyat yaşamağımız  üçün lazım olan enerjini verir. Orqanizmin ehtiyacı olan bütün mineral, vitamin və əlavələrdən ibarət olan qida rasionunuzu qurun. Adi məhsullardan başlaya bilərsiniz.

19. YUXU QƏBUL EDİN. Bəzi insanlara cəmi 6, digərlərinə isə 7-8 saat lazımdır ki, tam yuxu ala bilsinlər. Sizin orqanizmin neçə saat tələb etdiyi elə də vacib deyil, əsas odur ki, ehtiyac olan normanı alasınız. Ardıcıl bir neçə gecəni 3-4 saat yatsanız bu həm sizin ümumi davranışınız, sağlmalığınız və motivasiyanızda özünü biruzə verəcəkdir.

20. YENİ BİLİKLƏR ÖYRƏNİN. Bu ən əsas məsləhətdir. Heç bir zaman ətraf dünyanı öyrənməkdə dayanmayın. Sizin üçün maraqlı olan hər bir şey haqqında oxuyun, qulaq asın və öyrənin. Sizdən nə isə soruşanda “bilmirəm” deməyin, “hələ öyrənməyə macal tapmamışam” deyərək, gedin tapın və öyrənin. Dünyada baş verənlər ilə maraqlanın.

21. MƏQSƏDLƏRİNİZƏ DOĞRU CAN ATIN. Hər kəs  onsuzda bu haqqda bilir, ancaq nədənsə məhz bu məsləhət kənarda qalır. Planlaşdırılmamış həyat və məqsədlərə doğru can atmasanız öz həyatınızı yaxşılığa doğru dəyişə bilməzsiniz. Ümumi axın ilə üzərək, digərlərinə sizin həyatı idarə etməyi icazə versəniz, özünüzün istədiyiniz  həyata heç vaxt çatmayacaqsınız. Bütün ömrünüz boyu qarşınıza qoyduğunuz məqsədlərə doğru hərəkət edin və bu yolda əldə etdyiniz uğur və xoşbəxtlikdən həzz alın.

22. BEYİN FIRTINASI. Ağ kağız və qələm götürün. İşıqlı və sakit bir yerdə oturaraq fikirləşin. Ağlınıza gələn bütün ideyaları yazın. Maddi, şəxsi, insanlar ilə əlaqələr, sağlmalıq və s. ilə bağlı məqsəd və ideyalarınızı yazın. Fikirləşməyi bitirdikdən sonra işinizi davam etdirmək üçün yetərincə məqsədiniz olacaq.

23. MƏQSƏDLƏRİNİZİ KAĞIZA YAZIN. Bütün məqsədlərinizi kağıza yazın. Kağızda yazılmış məqsədlər daha aydın və konkret görünəcək. Ağlınızda qalan fikir, onunla məşğul olmağa başlamamışdan əvvəl silinib gedəcək.

24. MƏQSƏDLƏRİNİZİ MAKSİMAL OLARAQ KONKRETLƏŞDİRİN. Məqsədlər effektiv olmaları üçün konkret olmalıdırlar. “Uşaqlar ilə münasibətləri yaxşılaşdırmaq” çox təqdirəlayiq məqsəd ola bilər, ancaq ortada olan fikir natamamdır. Bunun əvəzinə öz planlarınıza uşaqlarla oyun vaxtı, ailə ilə birgə nahar yeməyi və birgə gəzintiləri daxil edin. Konkret planın uğur əldə etməsinin daha çox şansı var.

25. MƏQSƏDLƏRİN HƏYATA KEÇMƏSİNİN VAXTINI TƏYİN EDİN. Sonraya saxlamaq və gecikdirmək sizin arzu və məqsədlərinizin ölümü ilə nəticələnə bilər. Bunun qarşısını almaq istəyirsinizsə, əldə edəcəyiniz konkret nəticələrin konkret vaxtını təyin edin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN