Motivasiya Edən Vərdişlər

0
10987
Motivasiya Edən Vərdişlər

Motivasiya uğur qazanmaq istəyən hər bir şəxsin önəmli tələbatlarındandır. Ona görə insanlar öz-özlərini motivasiya edə bilməlidir. Psixoloqların motivasiya üçün təklif etdikləri 9 vərdiş də sizə bu istiqamətdə yardımçı ola bilər.

1 . Səhər tezdən oyanmaq

Uğur qazanmış insanların əksəriyyəti səhər tezdən oyanırlar. Günəşin şəfəqindən öncə oyanan insanlar onların həyatlarının yaxşılığa doğru dəyişildiyini qeyd edirlər. Siz də tez oyanmağa cəhd edin. Və 1-2 aydan sonra sizin, sübhü yataqda qarşılayaraq itirdiyiniz vaxta heyfiniz gələcək.

2 . Kitab oxuyun

Əgər siz gün ərzində kitab oxumağa bir saat vaxt ayırsanız, sizi əhatə edən insanların arasında ən ağıllı insan olduğunuzu kəşf edəcəksiniz. Siz suallara daha tez cavab tapacaqsanız, insanlara sizinlə ünsiyyət qurmaq xoş olacaq. Mark Tven: “ Yaxşı kitablar oxumayan insan, oxumağı bacarmayan insandan fərqlənmir”.

3 . Sadələşdirmək bacarığı

Sadələşdirmək lazımsız və faydasız olan hər şeyi aradan qaldırmaq deməkdir. Bu bacarığa sahib olduqda insanın yaddaşı və hissləri təmizlənir, daha az əsəb keçirir. Sizin həyatınız nə qədər sadə olsa, bir o qədər siz ondan zövq ala biləcksiniz.

4 . Yavaşlama

Daimi stres və xaos vəziyyətində həyatdan zövq almaq mümkün deyil. Özünüzə vaxt ayırın, daxili aləminizin və özünüzün səsinə qulaq asın. Sizin üçün əhəmiyyətli olan hər bir şeyə diqqət yetirin. Həyat tempinizin sürətini azaldın. O zaman siz özünüzlə harmoniyada yaşaya biləcəksiniz.

5 . Məşq edin

Müntəzəm fəallıq sağlamlığa xeyirdir. İdman ilə yalnız idman zallarında deyil, həmçinin ev şəraitlərində də məşğul olmaq olar.

6 . Gündəlik təcrübə

İnsan təcrübəyə nə qədər çox vaxt ayırırsa, bir o qədər uğur qazanmaq şanslarını artırır. Təcrübəsiz biz istedadımızı ifadə edə bilmərik.

7 . Ətraf mühit

Məhz bu vərdiş sizə uğura gedən yolda yardım edəcək. Özünüzü pozitiv, şən insanlarla əhatə edin.

8 . Təşəkkür gündəliyi tutun

Bu vərdiş möcüzələr törədir. Sahib olduğunuz bütün imkanlara görə təşəkkür edin və daha yaxşı imkanlar əldə etməyə çalışın.

9 . Əzmli olun

Edisson elektrik lampasını icad etməmişdən əvvəl 10 000 dəfə uğursuz cəhdə yol vermişdi. Uolt Disney Disneylendi yaratmaq üçün 303 müxtəlif bankdan rədd cavabı almışdı.

Əgər siz nəyəsə nail olmaq istəyirsinizsə, heç vaxt təslim olmayın, daim mübarizə aparın!

Korrektə etdi: Hürü Mustafayeva

 

ŞƏRH YAZIN