Sürətli Oxunun Beyinə olan Faydaları

0
7525
Sürətli Oxunun Beyinə olan Faydaları

Bəzən siz boş yerlərlə bağlı elanları oxuyanda görürürsünüz ki, tələb olunan sənədlərlə yanaşı motivasiya məktubuna da ehtiyac olduğu xatırlanır.

Bir çoxlarını bu çaşdırır, belə ki onlar başa düşmürlər ki, motivasiya məktubu necə yazılmalıdır. Və nəticədə ya motivasiya məktubu  yazılmır, ya da rezyume tək göndərilir. Təbii ki, belə olduqda müsahibələrə dəvət haqqında düşünməyə dəyməz.

Motivasiya məktubu necə yazılmalıdır və onu necə tərtib etmək olar?

Əslində motivasiya məktubu əlavə məktub kimi bir şeydir. Belə ki, rezüme ilə göndərilən bu məktub daha sərbəst formada yazılır. Rezyume isə prinsipcə daha standart formada olur. Motivasiya məktubu əsasən gənc mütəxəssislərdən, məktəbi yeni qurtaran gənclərdən və tələbələrdən tələb olunur. Bu da aydındır ki, axı gənc mütəxəssislər az iş təcrübələri və ya ümumiyyətlə, heç təcrübələri olmadıqları halda öz peşakarlıqları ilə öyünə bilməzlər.

Müvafiq olaraq iş şöbəsi burada belə namizədlər haqqında əsas meyar kimi onların motivasiya məktubunu nəzərə alır.   Bəs motivasiya məktubu hansı üstünlüklərə malik olmalıdır ki, işçini işə qəbul etməsələr belə onu müsahibəyə dəvət etsinlər.  

Birinci növbədə, motivasiya məktubunda siz iş şöbəsinə səbəblərinizi göstərməlisiniz. Nəyə görə siz məhz bu kompaniyada işə düzəlmək istəyirsiniz. Beləliklə, motivasiya məktubu əlavə məktubun bir növüdür, hansı ki, burada vurğu təcrübə və peşakarlıqdan çox motivasiyaya düşür. Siz hansı səbəblərə görə bu kompanyada iş axtarırsız. Bu artıq sizdən asılıdır. Misal üçün, siz yeni başlayan jurnalistsiniz və çoxdandır ki, hansısa telekanalda işə düzəlmək istəyirsiniz. Elə belə də yazın.  

Çox vacib bir məqamı unutmayın ki, burada sizin arzularınız  əsaslandırılmalıdır. Bu sadəcə o demək deyil ki, bu kompaniya yaxşı pul ödəyir. Sahibkar öz əməkdaşını təkcə pula görə işlədiyini görmək istəmir. O istəyir ki, hər bir işçi tutduğu vəzifədə çətin və maraqlı tapşırıqların həll olunmasında, fəaliyyət dairəsinin genişlənməsində özünü göstərsin. Belə ki, sizin motiviniz elə olmalıdır ki, sizdən qarşısında müəyyən həyat məqsədləri olan bir şəxsiyyət kimi danışsınlar. Özü də bu düzgün olmalıdır. Əks təqdirdə siz tezliklə məyus olacaq və ona marağınızı itirəcəksiniz.  

Düzgün motivasiya məktubuna nələr daxil olmalıdır? Hər şeydən əvvəl məktub konkret bir şəxsə ünvanlanmalıdır.

Məktubun əvvəlində salamlamaq və qeyd etmək lazımdır ki, nəyə görə siz bu kompaniyaya müraciət etmisiniz.

Daha sonra siz kimsiniz və nəyə görə rezyumeni məhz bu kompaniyaya və həmin boş yerə göndərirsiniz.

Burada siz həmin vəzifəyə olan tələblərinizi və özünüzün hansı keyfiyyətlərə malik olduğunuzu göstərməlisiniz:

Bu təhsil, xarici dil bilmək, iş təcrübəsi, sertifikat, peşəkar kurs keçməyiniz ola bilər. Əsas diqqəti öz bacarıqlarını sahibkarın gözündə qaldıra bilməyə ayırmaq lazımdır.

O ki qaldı çatışmayan cəhətlərinizə burada siz aydın şəkildə izah edə bilərsiniz ki, bütün bu çatışmazlıqlara baxmayaraq, sizə verilən işin öhdəsindən lazımi şəkildə gələ bilərsiniz.   Motivasiya məktubunun sonunda nəzakətli surətdə kompaniya nümayəndəsindən xahiş etmək lazımdır ki, əgər yaxın müddət ərzində sizə zəng etməsələr siz bir neçə gündən sora özünüz zəng edəcəksiniz ki, müsahibə vaxtını müəyyənləşdirəsiniz.  

 

ŞƏRH YAZIN