Motivasiyaya Ehtiyacın Var?

0
1174
Motivasiyaya Ehtiyacın Var?

Motivasiyaya hər zaman ehtiyacımız var. Motivasiyanı yüksək tutmaq üçün psixoloqların bəzi məsləhətləri var. Bu məsəhətləri gündəlik tətbiq et və öz ruhunu, məqsədlərini hər zaman yüksəkdə tut!

Əvvəla, harada olduğunu qəbul et. Öz bacarıqlarının nə səviyyədə olduğunu qəbul etmək və burada işləməklə sən həyatında müsbət dəyişikliklər yaratmaq üçün öz dəyərli enerjindən düzgün istifadə edə biləcəksən. Belə bir ifadə var : "Sənin bacarıqların səni idarə etmir, onlar səni müəyyən edir!" 

Qorxuducu, böyük ölçülər haqqında düşünməyə cəsarət et.Nəyə nail olmaq istədiyin haqda düşünərkən heç öz məhdudiyyətlərin barədə fikirləşmisənmi?Harada dayanmısansa niyə orada dayanmalısan? Qeyri-adi və çox böyük imkanlar haqda düşünməyə cəhd göstər. 

Məğlubiyyət haqqında düşünmə. Sən fikirləşməyi dayandıranda fikirlərin də səni tərk edir. Bu bir dəfə baş versə davamlı olacaq. Unutma! 

Müvəffəqiyyətsizlik deyə bir şey yoxdur, yalnız nəticələr var. Əgər sən əldə etdiyin nəticəni bəyənmirsənsə, öz fəaliyyətini dəyişməyə çalış. 

Motivasiya yönümlü mənbələr tap. Neqativ fikirlər və xatirələrə qalib gəlmək üçün hər gün öz ağlını pozitiv fikirlərlə yüklə. Məsələn, hər gün işləyərkən, evə gedərkən, yuxudan ayılan kimi ilk olaraq pozitiv musiqiyə qulaq as və ya kitablar oxu. 

Öz karyera məqsədlərinə riayət et. İnsanların hər zaman daha yaxşı bir iş axtarmaq kimi tendensiyası olur. Şəxsi karyera öhdəliyində çatışmazlıq birinin işindən narazı qalmasının ən böyük səbəbidir. Karyera məqsədlərini dəstəkləməyən şeylərə yox deməyi öyrən. 

Maneələrin səni idarə etməyinə icazə vermə. Əgər buna icazə versən, tərəfdarların düşünəcəklər ki, sənin planını müvəffəqiyyətə aparmaq üçün həll yolun yoxdur. Labüd ümidsizliklə qarşılaşdığında bunu təcrübə kimi qəbul et və öhdəsindən gəlmək üçün yaradıcı yollar tap. Sən bu ümidsizliyə təsəlli axtarmaq və yaxud işi tərk etmək kimi reaksiylar verə bilərsən və onun öhdəsindən nə isə müsbət bir yol taparaq gələ bilmək bacarığını zəiflətmiş olarsan. Bunun əvəzinə öyrənməyi, gələcəkdə yenə belə bir vəziyyət yaranarsa onu da müxtəlif yollarla həll etməyi və böyüməyi seçə bilərsən. 

Müvəffəqiyyət realdan daha çox hiss ediləndir. Başqalarının mövqelərinə paxıllıq etmək sənə heç nə verməz. Sən də planetdə olan bütün başqa insanlar kimi çox vacibsən.

Həyatında olmasını istədiklərini əldə etmək üçün məsuliyyəti qəbul et. İstəmədiyin vəziyyətə düşdükdə bunu dəyişmək üçün bir şey et. İstədiyin dəyişiklikləri etməsi üçün birini gözləmək sənin motivasiyanı və fəaliyyət imkanlarını azaldacaq. Gözləməklə sən özünü və bacarıqlarını aşağı səviyyədə tutmuş olursan. Sadəcə izləmə, hərəkət et! 

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN