Leonardo Da Vinçi

0
5050
Leonardo Da Vinçi

Hətta həyatınız maraqlı və rəngarəng olsa belə bu hələ o demək deyil ki, siz xöşbəxtlik saça və ətrafınız üçün sevinc bəxş edə bilirsiniz. Əksər insanlar üçün öndə duran müəyyən tələblər var. Biz həyatımız boyu ev almaq planlarından tutmuş, iş, karyera və uşaqların tərbiyəsi kimi bir çox problemlərimizlə və istəklərimzlə məşğul oluruq. Başqa sözlə desək bu balaca dünyamızdan olmayan insanların həyatı diqqətimizi çəkmir və o qədər də maraqlandırmır. Öz qavrayışınızı dəyişməyə və sizi əhatə edən dünyaya biraz pozitivlik gətirməyə çalışın.
 
1. İlk öncə özünüz xöşbəxt olun. Əgər siz azda olsa gözəl emosiyalarınız və xöşbəxtliyinizlə bölüşmək istəyirsinizsə, ilk öncə özünüzün xöşbəxt olmağınız gərəktir! Xöşbəxtlik yolxucudur. Və insanlar arasında qrip kimi yayılır. Əgər belə heyrətamiz virusa sahib deyilsinizsə, o zaman insanları heçnə ilə yoluxdura bilməzsiniz. Xoş əhval-ruhiyyənin və xeyirxahlığın insanlara necə təsir göstərdiyinə fikir verin. Səmimi olun və buna sahibsinizsə ürəkdən bölüşün.
2. Sadə bir gülüş ətrafınıza xöşbəxtlik yaymaq üçün mükəmməl bir üsuldur. Gülümsəmək təkcə üz mimikalarınızın məşqi deyil, bu həm də qəlbinizin məşqidir. Hərkəs onları ürəkdən güldürəcək nələrəsə sahibdir. Həyatda ən xırda şeylərdə belə sevinc tapmağa çalışın. Və ətrafınızdakı insanlara da onu axtarmağa kömək edin.
3. Nəzakətli olun. Müasir insan bəzən incə ünsiyyət etiketləri haqda unudur. Bunu növbədə gözləyərkən, nəqliyyatda, hətta mağazada belə unutmayın. İnanın, nəzakətli olmaq çox mühüm və çox dəyərlidir. Uşaqlıqdan eşitdiyiniz "sehirli sözlər" həqiqətəndə mövcuddur. Və ətrafınızda olan istənilən insanın əhval-ruhiyyəsini qaldırmağa qadirdir. Biraz diqqət, empatiya və minnətdarlıq, insanlara özünü yaxşı hiss etmək üçün bunlardan savayı çox az şey lazımdır.
4. İnsanlara xoş sürprizlər edin. Kim xeyirxah və xoş sürprizləri sevmir? ananıza çiçək alın və ya yaxın rəfiqənizə kiçik bir tort hədiyyə edin. Əgər bünları edə bilməsəniz, kompliment deməkdən və ya sadəcə qucaqlamaqdan çəkinməyin. Elə belə, səbəbsiz edin. İnanın ki, bu çox önəmli və çox dəyərlidir.
5. Öz bilik və bacarıqlarınızla bölüşün. İstənilən məlumat xeyirli bəzən isə qiymətsizdir. Odur ki, paxıllıq etməyin və sahib olduqlarınızla bölüşün. Əgər siz nəsə bilir və ya bacarırsınızsa bunu qarşıya ötürün. Valideyinlərinizə, dostlarınıza və iş yoldaşlarınıza kömək edin. Misal üçün qonşu uşaqlarına pulsuz ingilis dili dərsi verin və ya yaşlı qohumlarınıza kompyuterdən istifadə etməyi öyrədin.
6. Pozitiv fikirlər saçın və yaxşı şeylər danışın. Pozitiv sözlər qeybətdən və başqa insanların arxasınca danışmaqdan çox daha yaxşıdır. Həmişə öz pozitivliyinizi ətrafınızdakılar ilə bölüşün. Qoy paylaşdığınız gözəl şeylər torpağa düşmüş, gələcəkdə çoxlu məhsul gətirən toxum olsun.
7. Kimsə üçün həqiqi qəhrəman olmaq. Kiminsə gözlərində həqiqi qəhrəman olmaq heç də gücünüz yetməyəcək bir şey deyil. Siz yardıma ehtiyacı olan birinə kömək etməyə hazır olmaq üçün ilkin yardı kurslarına yazıla bilərsiniz. Və ya iş yoldaşınıza layihəsini uğurla bitirə bilməsi üçün işdən sonra qalıb biraz kömək edə bilərsiniz. Yeməyinizi küçədə yaşayan heyvalarla bölüşün və ya əşyalarınızdan evsizlərə verin. Bununla siz bəlkə uzun müddət olmasa belə onları xöşbəxt etmiş olacaqsınız. Başqalarında yaratdığın xöşbəxtliyi görmək, bax bu həqiqətən də əvəzsizdir.
 
Tərcümə etdi : Məhbubə Gülməmmədova 
 

ŞƏRH YAZIN