Özünəinam Yaratmağın Ən Faydalı Yolu!

0
5283
Özünəinam Yaratmağın Ən Faydalı Yolu!

Özünəinamsızlıq çox insanın qarşılaşdığı və gizlətməyə çalışdığı problemlərdəndir. Həyata keçirə bilməyəcəyini düşündüyü üçün bir çox insan arzularından imtina edir, "onsuz ki, məndə alınmayacaq" deyərək uğurunun önünü kəsir. Halbuki, insanoğlu hər bir şeyə qadirdir. Digərləri bunu necə bacarırsa, sən də bunu edə bilərsən. Bəlkə də daha yaxşısını!

Amerikalı psixoloq Artest Battler xüsusilə iş adamlarında bir xeyli ön plana çıxan özünə inamsızlığın çox da qabardılmamasını məsləhət görürdü.  O, bu problemin həlli üçün ona müraciət edən şəxslərə sadəcə bir vərəq verirmiş və bu vərəqin içində sadəcə aşağıdakı yazı olurmuş.

“Mən və bir çox psixoloq yoldaşlarımın apardığı araşdırmalar nəticəsində belə qənaətə gəldik ki, özünəinamın zəifliyi öz-özünə baş verən bir problem deyil. Özünü hamıdan pis hiss  etmək, ümidsiz olmaq, ən çox evdə, məktəbdə və işdə yaşanan xoşagəlməz hadisələrdən meydana çıxır.

Özünəinamsızlığa səbəb olan amillər:

1. Çox dəyərli bir yaxınınızı itirmək

2. Valideynlərinizin boşanması
 
3. Uğursuzluq, xəyallarınızın boşa çıxmasına səbəb olan hadisələri həddindən artıq şişirtmək
 
4. Özünüzün hər kəsdən pis olduğunu düşünmək
 
5. Hadisələrin nəticələrini olduqlarından daha pis şəkildə dəyərləndirmək
 
6. Ailənizin sizinlə bağlı ümüdlərini boşa çıxardığınız üçün bunu çox uzun müddətli özünüzə dərd etmək
 
7. Real olmayan hədəflər seçərək uğursuzluğunuza şans yaratmaq
 
8. Bir-birinin ardınca bir neçə hadisədə yanılmaq
 
9. Ətrafınızdakılar tərəfindən həyatınızdakı bəzi uğursuzluqlara görə pis fikir yaratdığınızı düşünmək
 
10. Dostlarınızın sizdən daha uğurlu işlərə imza atdığına həsəd aparmaq

Etməniz lazım olanlar:

Bir vərəq hazırlayın: Təcili olaraq həyatınızda önəmli olduğuna inandığınız problemləri vərəqə qeyd edin. Daha sonra bunların həllini və necə dəyişdirə biləcəyiniz haqqında fikirlərinizi yazın. Bütün problemləriniz təbii ki asan və sürətli bir şəkildə həllini tapa bilməz. Amma həll variantları arasında günü sabah düzəldə biləcəyiniz bir variant mütləq olacaqdır.

Hadisələrdən nəticə çıxarın: Üzücü hadisələrlə hər an qarşılaşa bilərsiniz. Pis və ya üzücü bir hadisə olduğunda hisslərinizə qapılmağı birdəfəlik unudun. Hisslərinizlə hərəkət etmək yerinə başınıza gələn hadisə və ondan çıxış yolları haqqında düşüncəni və yekun qərarları sadəcə ağlınızın ixtiyarına verin. Problemlərinizi həll etdikdən sonra bu hadisənin nədən baş verdiyini araşdırıb, nəticə çıxarın və ən önəmlisi bu nəticəni heç vaxt unutmayın.

Haqqlarınızı qoruyun: Haqqlarınıza sahib çıxmağı öyrənin və sizə sərf etməyən istəklərinizi qəbul etməməyə çalışın.

Hər şey şans deyil: Uğurlarınızın şans olduğunu düşünməyin.Bunun yerinə qazandıqlarınız üçün özünüzlə fəxr edin.

Fikirlərinizi ifadə etməyi bacarın: Başqalarının fikirlərinə hörmət edərək, öz duyğularınızı, düşüncələrinizi, inamlarınızı, ehtiyaclarınızı dürüst və səlis bir şəkildə ifadə etməyi bacarın.

Kiçik bir uğura olsa belə imza atdığınız zaman özünüzü mütləq qiymətləndirin:
Hər kəsin içində deyil, öz fikirlərinizlə baş-başa qaldığınızda bu uğurun əldə edilməsində də hansısa gücün, istəyin, arzunun olduğunu nəzərə alın. Və düşünün ki, bu güc, arzu, istək sizdə olmasaydı siz bu uğuru əldə edə bilməzdiniz.

Güclü tərəflərinizi öyrənməyə çalışın: Bir neçə şeydə digərlərinə görə daha bacarıqlı və daha istedadlı olduğunuzu unutmayın.

Reallaşması mümkün olan arzuları hədəfə alın: Gözlədiyinizi az da olsa sizə verə biləcək arzularınızı diləməyə və həyata keçirməyə çalışın. Niyyətinizə çatdığınız zaman özünüzü qiymətləndirin.

Statistik araşdırmalardan məlum olub ki, bu vərəqi oxuyan insanların 97 %-ində müşahidə edilən özünəinamsızlıq halları tamamilə aradan qaldırılıb.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN