Özünü Motivasiya Et!

0
4436
Özünü Motivasiya Et!

Motivasiya hər zaman və hər kəs üçün çox önəmlidir. Səni motivasiya edən hər şeydən özünə inam qazana bilərsən. Bu,  səni cəsarətləndirən yaxın dostun,səni  inkişaf etməyə məcbur edən həyati məqsədin və ya sadəcə olaraq, bəzi kiçik dəyərlər ola bilər. Hamının motivasiya olmaq üçün gücü var, sənin tək ehtiyacın olan bunun haradan gəldiyini aşkar etməkdir.

Odur ki, aşağıda yazılanları oxu və motivasiya qazan.
 
1. Əvvəla, adət etdiyin çərçivədən çıx. Səhv etməkdən qorxma. Beynəlxalq motivasiya yönümlü spiker və yazıçı Mike Moor deyib ki, müdriklik milyonlarca səhv etməklə qazanılır və onlardan boyun qaçırmağımıza kömək olur. Biz adət etdiyimiz çərçivədən kənara çıxdıqda böyük işlər görə bilirik. Bu özünəinam qazanmaq yolunda sənə lazım olan ən vacib bacarıqdır.
 
2.Başladığın işi bitir. Bu, bir çox insan üçün problemdir; onlar yeni bir işlə başlamaqla bağlı həvəsli olur və cəld şəkildə başlayırlar. Lakin iş onu davam etdirməyə gələndə, daha asan yolu seçib qaçırlar. Başladığın işi bitirmək üçün səy göstər. Bu, sənə məqsədlərinə çatmağa və özünə inamı inkişaf etdirməyə kömək edən əla yoldur.
 
3.Özünü təhsillə məşğul ol. Motivasiya yönümlü kitablar oxu, biznes liderlərini izlə və ya tanınmış spikerlərin video kliplərinə bax. Çoxlu informasiyaya malik insan daha yaxşı seçimlər etməyi və özünü təqdim edə biləcəyi imkanları artırmağı bacarır.
 
4.İstəsən, hər şeyi edə biləcəyinə inan. Bir çox psixoloqlar razılaşırlar ki, bu özünə inam qazanmaqda ilk addımdır. Bu haqda düşün; əgər nəyəsə inanmasan,ona necə nail ola bilərsən?! Bil ki, məqsədlərinə çatmaq üçün bacarığa sahibsən.
 
5.Məyus olsan da, heç vaxt təslim olma. Dayanmadan irəlilə və diqqətini son məqsədinə topla. İrəliləmək sahib olduğun potensiala çatmağın tək yoludur. Nail olmaq istədiklərini aydın təsəvvür etmək motivasiya yönümlü spikerlərin insanları cəsarətləndirdikləri ümumi metoddur. Belə metod insanlara diqqətlərini toplamağa kömək edir və dayanmadan onlara bunu niyə etdiklərini xatırladır. Sənin beynin ağrı və məmnunluğu, uğur və müvəffəqiyyətsizlik ilə əlaqələndirir və beləliklə,  bu sənə hər hansı məsələ və ya məqsədinlə bağlı müvəffəqiyyətsizlik əldə etdiyin zaman baş verən bütün neqativlikləri xatırlatmaqla bərabər uğurlarınla birlikdə gələn bütün mükafatlandırılmalı aspektləri təsəvvür etməyə kömək edir.
 
Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN