Özünüzü Sevin!

0
2830
Özünüzü Sevin!

Özümüzü həqiqətən sevirikmi? Çox insan bu sualı cavablandırmağı belə bilmir. Təbii ki, həm özümüzə, həm qarşı tərəfə göstərdiyimiz sevgi əmək istəyir. Özünüzü sevməyiniz, hörmət etməyiniz çox vacibdir. Özümüzə duyduğumuz hörmət ilə, qanunlarına bağlı bir fərd halına gələcək, ətrafınızdakıların da hörmətini qazanacaqsınız.

Söylədiklərimi həyata keçirmək asan olmasa da mümkündür. Bəzi şərtlər var ki, sizi birlik içində axtarılan darıxılan bir fərd halına gətirər.
 
-  Zarafat qabiliyyətinizi inkişaf etdirin. Bol-bol gülün, bol-bol güldürün, amma təbii ki həddləri aşmamaqla və yerində.
 
- Çox kitab oxuyun. Çox oxuyan insan qısa müddət içərisində digərlərindən açıq aşkar fərqlənər. Çox oxumaq sizi fərqli və cazibədar edər. Məlumat təcrübənizi, söz ehtiyatınızı genişlədər, aydın danışmanızı təmin edər. Çox oxumaq söhbət əsnasında tıxanıb qalmanızı da maneələr. Mütləq danışacaq bir şeylər olar, ağlınızın bir küncündə.
 
- Ətrafınızdakı insanlara köməkçi olun. Unutmayın, xoşbəxtliyin tək qaydası vardır – Xoşbəxt etmək.
 
- Heyvanları sevin və mümkünsə evdə bir heyvan saxlayın. Heyvan sevgisi sizə xoşbəxtlik olaraq geri dönəcək.
 
- Sevdiklərinizi bezmədən dinləyin. Fikirlərini alın, məsləhətləşin. Sizin üçün əhəmiyyətli olduqlarını onlara mütləq hiss etdirin.
 
- Daim işıl-işıl, baxımlı, nizamlı olun. Bir tərziniz olsun, qaydalarınız olsun. Qaydalarınızı yalnız siz istəsəniz də dəyişdirin . Bir başqasının bunu etməsinə icazə verməyin.
 
-  Ən az bir mövzuda məsləhətləşin. Məsələn:gözəl yemək hazırlamağı öyrənin və bunu hər fürsətdə dostlarınızla paylaşın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN